Bakı-Vaşinqton əlaqələri: ikitərəfli əməkdaşlıq yüksəlir
14.01.2026 [11:59]
Azərbaycanın 2020-ci il Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaratdığı geostrateji reallıqlar mühüm inkişaf perspektivləri yaradır. Yürüdülən siyasət, atılan addımlar beynəlxalq aləm tərəfindən ciddi izlənir - xüsusilə, ötən ilin avqustunda reallaşan Vaşinqton görüşlərinin ardından yaranan yeni situasiya olduqca pozitiv mesajlar verir. Zəngəzur dəhlizi (TRİPP) ideyası, Orta Dəhlizin dirçəldilməsi, enerji və yaşıl gündəlik layihələri - bütün bunlar Azərbaycanın sülh təşəbbüslərinin çoxşaxəli olduğunu ortaya qoyur. Paralel olaraq yaran vəziyyət ölkəmizi regionun strateji mərkəzinə çevirir.
Bu kontekstdə, xüsusilə, yeni bir mərhələyə qədəm qoymuş Azərbaycan-ABŞ münasibətlərində artıq davamlı yaxınlaşmalar, siyasi dialoqun inişafı nəzərə çarpır. Ölkəmizə səfər edən ABŞ rəsmiləri regional inkişafa verdiyimiz töhfələri yüksək dəyərləndirir, sülh istiqamətində qətiyyətli addımlarımıza qiymət verir. Bir neçə gün öncə ölkəmizdə səfərdə olan ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Yaxın Şərq, Şimali Afrika, Avropa və Avrasiya regionları üzrə regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub. Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüş zamanı iki ölkə arasında enerji, ticarət, TRIPP marşrutu da daxil olmaqla regional bağlantılar, iqtisadi sərmayə kimi sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və ABŞ-ın özəl sektor nümayəndələrinin ölkədə müvafiq infrastruktur və logistika imkanları ilə tanış olması, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Zəngəzur dəhlizi (TRİPP) reallaşır...
2025-ci ilin 8 avqustunda Vaşinqtonda keçirilmiş yüksək səviyyəli görüş regionun və bütövlükdə dünyanın siyasi gündəliyində tarixi hadisə kimi qiymətləndirilməlidir. ABŞ Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında aparılmış müzakirələr, imzalanmış sənədlər və əldə olunmuş razılaşmalar yalnız Cənubi Qafqazda yeni reallıqların təsbit olunmasına xidmət etmir, eyni zamanda, qlobal təhlükəsizlik, inteqrasiya və tərəqqi üçün də mühüm nəticələr vəd edir. Ən əsası, bu sənədlər Azərbaycanın strateji mövqelərinin gücləndirilməsinə, Azərbaycan-ABŞ tərəfdaşlığının yeni mərhələyə yüksəlməsinə və regional əməkdaşlığın daha dayanıqlı əsaslarda qurulmasına təkan verir.
Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişi təmin edəcək layihənin Vaşinqton razılaşmalarında xüsusi yer alması da diqqətçəkicidir. Zəngəzur dəhlizi (TRİPP) seqmentinin beynəlxalq dəstəklə təsdiqlənməsi ölkəmizin daxili logistik imkanlarının yüksək dəyərləndirilməsi olmaqla yanaşı, həm də dünyaya yeni bir strateji tranzit alternativi təqdim edir. Bu, iqtisadi, siyasi və təhlükəsizlik baxımından regionun inkişafına xidmət edəcək mühüm nailiyyətdir. Bu layihə vasitəsilə Azərbaycan yalnız Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya məkanında mühüm logistik qovşağa çevriləcək - paralel olaraq, geniş bir coğrafiyada yeni inkişaf mərhələsi formalaşdıracaq.
İki ölkə arasında strateji tərəfdaşlıq...
Görüşdə ötən il avqustun 8-də Vaşinqton Sülh Sammitindən sonra Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində qeyd edilən sahələr üzrə ayrı-ayrılıqda aparılmış ikitərəfli təmaslar və müzakirələr yüksək qiymətləndirilib. Vurğulandığı kimi, 2025-ci il avqust görüşü zamanı imzalanan “Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması haqqında Strateji İşçi Qrupunun yaradılması” Anlaşma Memorandumu iki ölkə arasında məzmun etibarı ilə yüksək olan tərəfdaşlığa yeni rəng qatır. ABŞ artıq Cənubi Qafqazda sabitlik, enerji, nəqliyyat, təhlükəsizlik məsələlərində məhz Bakı ilə strateji koordinasiya aparmağı prioritet sayır. Eyni zamanda, iki ölkə arasındakı əməkdaşlıq institusional çərçivəyə salınır - başqa sözlə, münasibətlərin inkişaf imkanları artıq siyasi bəyanatlarla deyil, konkret planlar, yol xəritələri və hüquqi mexanizmlərlə idarə olunacaq. ABŞ ilə Azərbaycan arasında dialoqun daha da genişlənməsi və şaxələnməsinə imkan yaradan bu sənəd təhlükəsizlik və müdafiə, enerji və yaşıl keçid, iqtisadiyyat və investisiya, regional sabitlik və nəqliyyat dəhlizləri, humanitar əlaqələrdə də yeni format müəyyənləşdirir.
Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolu...
Bundan əlavə, görüşdə Azərbaycanın regionun enerji təhlükəsizliyində mühüm rolu, bərpaolunan enerji resurslarının inkişafının əhəmiyyəti, Orta Dəhlizdə ticarət marşrutlarının şaxələndirilməsi, habelə Azərbaycanda mövcud əlverişli biznes və investisiya mühiti və yeni əlaqələrin qurulması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan artıq bir neçə ildir ki, Avropanın enerji təhlükəsizliyində əsas oyunçulardan biridir. Son illərdə ölkəmizin təbii qazı ilə təmin olunan ölkələrin sayı 14-ə çatıb və onların böyük əksəriyyəti Avropa dövlətləridir. Cənub Qaz Dəhlizi layihəsi, TANAP və TAP kəmərləri Azərbaycanı Avropanın enerji bazarında etibarlı tərəfdaş kimi möhkəmləndirib. Azərbaycanın enerji resurslarının sabit və davamlı şəkildə çatdırılması Avropa dövlətləri üçün strateji əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanın ümumi qaz ixracı 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir.
Bütün müstəvilərdə müasir çağırışlara məhz müasir standartlar əsasında qarşılıq verən Azərbaycan təkcə ənənəvi enerji resursları ilə kifayətlənmir, həm də bərpaolunan enerji potensialını qlobal enerji gündəliyinə təqdim edir. Xüsusilə son illərdə yaşıl gündəlik çərçivəsində atılan addımlar Azərbaycanın yeni strateji üstünlüyünü formalaşdırır. Azərbaycanın nəhəng bərpaolunan enerji resurslarının inkişafı və Avropaya ötürülməsi üzrə tərəfdaş ölkələrlə həyata keçirdiyi fəaliyyətlər beynəlxalq səviyyədə xüsusi maraq doğurur. Qarabağ və Şərqi Zəngəzurda, həmçinin Xəzər dənizi sahillərində külək və günəş enerjisi layihələrinin reallaşdırılması Azərbaycanın enerji potensialını daha da artırır. Qara Dəniz Enerji sualtı kabelinin inşası isə ölkəmizin yaşıl enerjisini Avropaya ötürmək üçün strateji infrastruktur kimi mühüm rol oynayacaq. Bu layihə Avropa ilə Azərbaycan arasında enerji əməkdaşlığının yeni səhifəsini açır, eyni zamanda, qlobal enerji keçidində Azərbaycanın aparıcı rolunu təsdiqləyir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

