Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ölkəmizin Əsas Qanununun qəbulu Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissəsidir

Ölkəmizin Əsas Qanununun qəbulu Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissəsidir

13.11.2013 [09:18]

Noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində Konstitusiya Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən sədr Fərhad Abdullayev bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilib.
Qeyd olunub ki, 18 il bundan əvvəl qəbul edilən Konstitusiyamızda dövrün tələblərinə uyğun hüququn müasir inkişaf meyilləri Əsas Qanunun daha da təkmilləşdirilməsini zəruri edib. Buna görə də 2002-ci və 2009-cu illərdə keçirilmiş referendumlar nəticəsində Konstitusiyanın mətninə müvafiq dəyişikliklər olunub.
Sədr Fərhad Abdullayev deyib ki, Konstitusiya Məhkəməsinin fəaliyyəti məhz Ulu öndərin memarı olduğu Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.
Bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən demokratik dövlət quruculuğu sahəsində, eləcə də iqtisadiyyatın və sosial-siyasi həyatın inkişafında taleyüklü dəyişikliklərə nail olunub. Konstitusiya Məhkəməsi öz fəaliyyəti ilə cəmiyyətdə nüfuz qazanıb, Konstitusiya nəzarəti orqanı kimi hüquq münasibətlərinə və hüquq mədəniyyətinə kifayət qədər təsir göstərən bir quruma çevrilib.
Konstitusiya Məhkəməsinin sədri qeyd edib ki, Prezident İlham Əliyevin gərgin əməyi və düşünülmüş siyasəti nəticəsində Azərbaycan bundan sonra da sürətlə inkişaf edəcək və dünyada mövqelərini daha da möhkəmləndirəcək.
Sonda əminliklə qeyd olunub ki, Konstitusiya Məhkəməsi demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, insanların əsas hüquq və azadlıqlarının ən yüksək səviyyədə müdafiəsi istiqamətində Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək.

Paylaş:
Baxılıb: 1052 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31