İsveçrənin Azərbaycandakı səfiri Naxçıvan Dövlət Universitetində olub
16.11.2013 [10:02]
İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Paskal Obişer Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində (NDU) olub.
Universitetin mətbuat şöbəsindən AzərTAc-a bildiriblər ki, ali məktəblə tanışlıq zamanı qonağa universitetin strukturu, maddi-texniki bazası, tələbə kontingenti, tədris olunan ixtisaslar barədə ətraflı məlumat verilib.
Universitetin rektoru, professor Saleh Məhərrəmov bildirib ki, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin və təhsilin inkişafı, dünya təhsil sisteminə inteqrasiya, beynəlxalq təcrübə mübadiləsi daim diqqət mərkəzindədir. Dünyanın tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlıq əlaqəsi olan bu ali məktəbdə 5 mindən yuxarı tələbə, o cümlədən 12 ölkənin 300 nəfərdən çox vətəndaşı ali təhsil alır. Universitet bir çox beynəlxalq layihədə uğurla təmsil olunur. Universitetin bakalavr və doktorantları öz təhsillərini müxtəlif ölkələrdə davam etdirirlər.
Paskal Obişer Naxçıvana ilk səfəri, buradakı yüksək təhsil infrastrukturu haqqında xoş təəssüratlarını bölüşüb, Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin inkişafında elm və təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Diplomat İsveçrədəki təhsil sistemi haqqında geniş məlumat verərək bildirib ki, İsveçrə universitetləri öz reytinqinə görə dünyanın ən qabaqcıl universitetləri sırasındadır. İsveçrə ali məktəblərinin Naxçıvan Dövlət Universiteti ilə də ən müxtəlif sahələr üzrə tərəfdaşlığı heç şübhəsiz səmərəli olacaq.
Gələcək tərəfdaşlıq məsələlərinin müzakirəsindən sonra tələbələrlə görüşən Paskal Obişer onların suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

