YAP-ın yaranması cəmiyyətə yeni bir nəfəs verdi
22.11.2013 [09:22]
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan QSC-nin kadrlar şöbəsinin rəisi, YAP-ın ərazi ilk partiya təşkilatının sədri Xeyrulla Hümbətov bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti tariximizə məhz şərəf salnaməsi kimi daxil olub.
Natiq qeyd edib ki, XX əsrin 90-cı illərini hamımız yaxşı xatırlayırıq: “O illər ölkənin tarixində çox ağır bir dövr idi. Azərbaycanın iqtisadiyyatı dağıdılmış, dövlətlərarası münasibətlər tamam pozulmuşdu. Azərbaycan bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşmişdi. Bunun səbəbi aydın idi. Siyasi səriştəsi olmayanlar ölkəni özlərinin maraq poliqonuna çevirmişdilər. Belə bir şəraitdə cəmiyyət siyasi hakimiyyətin dəyişməsini tələb edirdi. O zaman ölkənin bir qrup vətənpərvər ziyalısı YAP-ın yaradılması zərurətini başa düşdü və bu təşəbbüslə çıxış etdi. 1992-ci il noyabr ayının 21-də Naxçıvanda partiyanın təsis konfransı keçirildi və Ulu öndər Heydər Əliyev yekdilliklə bu partiyanın Sədri seçildi. Bundan sonra Ümummilli liderimizin xalqın təkidilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasını, ölkəni sürükləndiyi uçurumdan necə xilas etməsini yaxşı xatırlayırıq. Çünki biz həmin hadisələrin canlı şahidləriyik”.
X.Hümbətov deyib ki, YAP-ın yaranması sanki cəmiyyətə yeni bir nəfəs verdi: “Ali ideyaların daşıyıcısı olan bu partiya qısa bir zamanda təşkilatlandı və nəinki Azərbaycanın bölgələrində, eləcə də, iri təsərrüfat subyektlərində dayaq dəstələri formalaşdırıldı. Bu, zamanın tələbi idi. YAP təsis ediləndən sonra insanlar bu partiyaya üz tutdular və yüzlərlə dayaq dəstələri fəaliyyətə başladı. Eyni zamanda, 1996-cı il iyun ayının 25-də dəmiryolçular tərəfindən təsis konfransı keçirildi və dayaq dəstəsi 43 nəfərlə fəaliyyətə başladı. İndi təşkilat YAP-ın ən fəal qurumlarından biridir və bu gün öz sıralarında 8 minə yaxın dəmiryolçunu birləşdirir”.
Çıxışına davam edən natiq onu da deyib ki, dəmiryolçuların Ümummilli lider Heydər Əliyev ideyalarına sadiq qalmalarının dərin kökləri var: “Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə nəqliyyatın, onun bir qolu olan dəmiryolu kimi nəhəng qurumun inkişaf etdirilməsinə daim qayğı göstərmişdir. Bu qayğı indi də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Sonra çıxış edən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirov vurğulayıb ki, YAP müstəqillik tariximizlə eyni sırada addımlayır və müstəqilliyimizin qorunmasında və inkişafında partiyamızın rolu olduqca böyükdür: “YAP ölkəmizdə alternativsiz siyasi qüvvədir. 1993-cü ildə Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdı. Həmin vaxtdan etibarən partiyamızın üzvləri müstəqil dövlətimizin inkişafı üçün fədakarlıq nümayiş etdirmişlər. Bu gün çox sevinirik ki, müstəqil dövlətimiz etibarlı əllərdədir. Ümummilli liderimiz Heydər Əliyev bütün ömrü böyu Azərbaycan xalqına misilsiz xidmətlər göstərib. Hazırda bu yolu Prezident İlham Əliyev uğurla davam etdirir. Bu gün Azərbaycan müstəqil siyasət həyata keçirir, bunun nəticəsində də böyük uğurlar qazanır. Bilirsiniz ki, indi dünyada qlobal proseslər gedir, böyük dövlətlər öz maraqlarını reallaşdırmağa çalışırlar. Ancaq bütün təzyiqlərə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev qətiyyət nümayiş etdirərək, milli maraqlarımıza xidmət edən siyasət həyata keçirir. Ona görə də, biz öz dövlətimizlə, öz Prezidentimizlə qürur duymalıyıq”.
Daha sonra çıxış edən ərazi ilk partiya təşkilatının Qadınlar Şurasının sədri Jalə Əfəndiyeva, Gənclər Birliyinin sədri Fuad Rəsulov və başqaları YAP-ın fəaliyyət göstərdiyi 21 il ərzində Azərbaycan cəmiyyətində oynadığı roldan danışıblar.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

