/ / Akademik Ramiz Mehdiyevin “Azərbaycanı dəyişmiş on il (2003-2013)” kitabının müzakirəsi keçirilib
Akademik Ramiz Mehdiyevin “Azərbaycanı dəyişmiş on il (2003-2013)” kitabının müzakirəsi keçirilib
23.11.2013 [12:48]
Noyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin respublikamızın son illərdəki inkişafından bəhs edən “Azərbaycanı dəyişmiş on il (2003-2013)” kitabının müzakirəsi keçirilib.
AzərTAc xəbər verir ki, DİA-nın rektoru, akademik Urxan Ələkbərov tədbiri açaraq AMEA-nın həqiqi üzvü Ramiz Mehdiyevin yeni kitabının çox böyük əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edilib ki, kitabda Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-2013-cü illərdə əldə olunan uğurlar dərindən və hərtərəfli təhlil olunur, Azərbaycanda baş verən ictimai-siyasi proseslərdən, respublikamızın innovativ modernləşmə mərhələsinə keçidindən, uğurlu və davamlı inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində elmi cəhətdən əsaslandırılmış strategiyadan söhbət açılır.
Akademik Ramiz Mehdiyevin kitabının son 10 ildə Azərbaycanda yürüdülən siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil sahəsində həyata keçirilən mütərəqqi islahatlar, əldə olunan irəliləyişlər, respublikada tətbiq edilən sosial-innovativ idarəetmə mexanizmləri, ölkənin elmi tərəqqiyə söykənən inkişaf tempi, forumlar platformasının mahiyyəti barədə dəyərli mənbə olduğunu qeyd edən rektor, 2013-cü il oktyabrın 9-da keçirilmiş prezident seçkilərində xalqın müdrik seçiminin ölkəmizin hər bir sahədə inkişafına yeni müsbət impuls verdiyini vurğulayıb və dövlətimizin başçısı İlham Əliyevin düşünülmüş siyasəti sayəsində Azərbaycanın daha böyük uğurlar qazanacağına əminliyini ifadə edib.
Əsərin müzakirəsində akademiyanın I tədris işləri üzrə prorektoru, professor Əlikram Abdullayev, Siyasi Araşdırmalar İnstitutunun müdiri, professor Elman Nəsirov, DİA-nın kafedra müdiri, professor Nigar Ələkbərova, dosent Elçin Əhmədov və başqaları çıxış edərək akademik Ramiz Mehdiyevin daim cəmiyyəti düşündürən, aktuallığı ilə seçilən problemlərə və mövzulara müraciət etdiyini diqqətə çatdırıblar. Çıxışlarda kitabın ölkənin son 10 ildə keçdiyi inkişaf mərhələlərinin öyrənilməsində, hərtərəfli tədqiqində xüsusi əhəmiyyət kəsb etdiyindən, respublikanın idarə olunmasında, böyük iqtisadi inkişafda və bu inkişafın sosialyönümlülüyündə Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edilib.
Alimlər ciddi mənbələrə və zəngin faktlara əsaslanan əsərin, eyni zamanda, elmi ictimaiyyət, mütəxəssislər üçün çox qiymətli mənbə, uzunmüddətli elmi istiqamət olduğunu bildiriblər.
Tədbirdə kitabın Dövlət İdarəçilik Akademiyasında daha dərindən öyrənilməsi və son 10 ildə ölkənin inkişaf mərhələlərini tədqiq etmək istiqamətində elmi yanaşmanın əsaslandırılması, əldə edilən nəticələrin tədrisinin vacib olduğu diqqətə çatdırılıb.
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

