Əli Məhrami: Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu artıq tarixin parlaq səhifəsinə çevrilib
23.11.2013 [12:54]
Artıq üçüncü Bakı Beynəlxalq Humanitar Forumu tarixə çevrilib. Forumda İran İslam Respublikasını təmsil edənlərdən biri də Tehrandakı Fars Dili və Ədəbiyyatı Akademiyasının böyük elmi işçisi, filologiya elmləri namizədi Əli Ələsgərzadə Məhramidir.
Alim forumla bağlı AzərTAc-a müsahibəsində deyib:
- Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu yüksək təşkilatçılığı, mövzuların aktuallığı, müzakirələrin səmimiliyi, iştirakçıların nüfuzu və bir sıra digər səciyyəvi cəhətləri ilə yadda qalmışdır. Humanizmdən, insanlığa qayğıdan, dünyada sülh, sabitlik, tərəqqi və inkişafdan bəhs edilən elə bir beynəlxalq məkan ola bilməz ki, orada Bakı Forumu barədə müsbət fikir ifadə edilməsin. Forumun tərkibi onun məram və məqsədinə, tarixi əhəmiyyətinə dəyər verən əsas məqamlardan biridir. Əminliklə deyə bilərəm ki, böyük alimlərin, dünya siyasətində yeri və rolu olan nüfuzlu siyasətçilərin, görkəmli mədəniyyət xadimlərinin səsləndirdikləri fikir və mülahizələr, irəli sürülmüş mühakimələr dünyanın ən mötəbər tədqiqat mərkəzlərində, strateji araşdırmalar institutlarında təhlil edilir, qaldırılmış problemlərlə bağlı müvafiq qərarların qəbulu üçün yeni şanslar yaranır.
- Bəs Azərbaycanı necə gördünüz?
- 2013-cü ilin Novruz bayramını Bakıda keçirmişdim. Həmin səfər də yaddaşıma yalnız xoş xatirələr - insanların mehriban münasibəti, füsunkar gözəlliklərin dadı və ləzzəti ilə yazılmışdır. Daha çox ictimaiyyət arasında olduğum üçün yüksək davranış, ədəb qaydalarının qorunması, insanların azad həyat tərzi, azad düşüncəsi və fikirlərini sərbəst ifadə etmələri mənə zövq verirdi. Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda isə Azərbaycan Respublikasındakı yüksək idarəetmə mədəniyyətinin, peşəkar milli mütəxəssislərin olmasının, Vətənə və dövlətə sevginin, qonağa sayğının şahidi oldum.
Mən Forum çərçivəsində Qəbələdə də oldum. Orada gördüklərim əsl nağıllar aləmi, yaddaşdan silinməyəcək gözəl təəssüratlardır. Qəbələdə məscid və Albaniya dövlətindən yadigar olan qədim məbəd-kilsə ilə tanış oldum. İnsanlar hər iki ibadət evinə eyni sayğı, eyni müqəddəsliklə yanaşırlar. Bu, dini dözümlüyün ən yüksək səviyyəsidir. Bizi Qəbələyə aparan təyyarənin azərbaycanlı pilotunun son dərəcə ustalıqla uçuş və eniş etməsindən qürurlandım və düşündüm ki, doğrudan da Azərbaycan təkcə sosial-iqtisadi inkişafla kifayətlənmir, bütün sahələr üzrə milli kadrlarını cəmiyyətin ixtiyarına verir. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin görmək istədiyi Azərbaycan dövləti, indi Prezident İlham Əliyevin rəhbərliyi ilə əzəmətli bir abidə kimi qurulur. Bütün bu nailiyyətlər Heydər Əliyevin ruhunu şad edən gözəlliklərdir.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

