/ / Aleksandros Piterson: ABŞ-da siyasətçilər və elmi tədqiqatçılar Azərbaycan həqiqətləri ilə bağlı xəbərləri ən etibarlı mənbə kimi AzərTAc-dan əldə edirlər
Aleksandros Piterson: ABŞ-da siyasətçilər və elmi tədqiqatçılar Azərbaycan həqiqətləri ilə bağlı xəbərləri ən etibarlı mənbə kimi AzərTAc-dan əldə edirlər
26.11.2013 [09:17]
Vaşinqtonda fəaliyyət göstərən Vudro Vilson Beynəlxalq Elmi-Tədqiqat Mərkəzinin Qlobal Avropa proqramının müşaviri, “Dünya adası: Avrasiya geosiyasəti və Qərbin taleyi” kitabının müəllifi, tanınmış ekspert Aleksandros Piterson noyabrın 25-də Azərbaycan Dövlət Teleqraf Agentliyində olub.
Baş direktor Aslan Aslanov görüşdə AzərTAc-ın tarixi, fəaliyyəti, beynəlxalq əlaqələri, xüsusilə də agentliyin son dövrlərdə əldə etdiyi nailiyyətlər barədə qonağa ətraflı məlumat verib.
Son illər Azərbaycanın nüfuzunun dünyada xeyli artdığını söyləyən baş direktor qazanılmış uğurların artıq dünya informasiya məkanına çıxmış AzərTAc-ın beynəlxalq əlaqələrinin daha da genişlənməsi baxımından yeni imkanlar açdığını diqqətə çatdırıb.
2013-cü ilin Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edildiyini vurğulayan A.Aslanov son illər ölkəmizdə bu sahənin inkişafı istiqamətində mühüm işlər görüldüyünü bildirib.
Aleksandros Piterson deyib ki, ABŞ-da siyasətçilər və elmi tədqiqatçılar Azərbaycan həqiqətləri haqqında xəbərləri ən etibarlı mənbə kimi AzərTAc-dan əldə edirlər. O, təmsil etdiyi beyin mərkəzində də Azərbaycan və bütövlükdə Xəzər regionu ilə bağlı tədqiqat aparılarkən AzərTAc-ın xəbərlərindən istifadə olunduğunu diqqətə çatdırıb.
Amerikalı ekspert Vudro Vilson Beynəlxalq Elmi-Tədqiqat Mərkəzi ilə AzərTAc arasında əməkdaşlıq əlaqələrinin qurulmasını təklif edib. O, Birləşmiş Ştatlarda Azərbaycan haqqında həqiqətlərin yayılmasında, ölkəmizlə bağlı bəzi dairələrdə formalaşmış yanlış təsəvvürlərin və ikili standartların aradan qaldırılmasına bu əməkdaşlığın mühüm töhfə verəcəyini vurğulayıb.
A.Piterson əlavə edib ki, regionun lider dövlətinə çevrilmiş Azərbaycan son illər istər daxili, istərsə də xarici siyasətdə çox böyük uğurlara imza atıb. Azərbaycanın təşəbbüsü və iştirakı ilə qlobal layihələr həyata keçirilir. Çalışmalıyıq ki, Azərbaycanın adı çəkiləndə hər bir amerikalının təsəvvüründə məhz bu uğurlar canlansın.
Amerikalı alim Azərbaycana hər səfərində ölkəmizin sürətlə inkişaf etdiyinin, Bakının daha da gözəlləşdiyinin şahidi olduğunu vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22

