Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

26.11.2013 [09:28]

Noyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Jan Qabrielse ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qonağı salamlayan Ali Məclisin Sədri Vasif Talıbov Robert Jan Qabrielseni ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib.
Naxçıvanın Azərbaycanın tərkibində muxtar respublika olduğunu bildirən Ali Məclisin Sədri deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 20 ildən artıqdır Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşayır. Lakin buna baxmayaraq, muxtar respublikada bütün sahələrdə inkişafa nail olunub, ərzaq və enerji təhlükəsizliyi təmin edilib.
Ali Məclisin Sədri Azərbaycan-Niderland əlaqələrinin uğurla inkişaf etdiyini, hər iki ölkə arasında illik ticarət dövriyyəsinin 300 milyon ABŞ dolları səviyyəsində olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Niderland Krallığı ilə Naxçıvan Muxtar Respublikası arasında da əlaqələr inkişaf etdirilir, kənd təsərrüfatı və əczaçılıq sahəsində əməkdaşlıq mövcuddur. Təhsil sahəsində əlaqələrin qurulması üçün də yaxşı potensialın olduğunu qeyd edən Ali Məclisin Sədri münasibətlərin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Səmimi qəbula və xoş münasibətə görə minnətdarlıq edən Robert Jan Qabrielse Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının məmnunluq doğurduğunu ifadə edib. Səfir ölkələrimiz arasındakı münasibətlərin inkişafında Naxçıvan Muxtar Respublikası ilə qurulan səmərəli əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını qeyd edib, diplomatik fəaliyyəti müddətində qarşılıqlı əlaqələrin inkişafı istiqamətində səyini əsirgəməyəcəyini bildirib.
Görüşdə əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 990 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31