Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan və Omanın XİN rəhbərləri arasında regionda artan gərginliklə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycan və Omanın XİN rəhbərləri arasında regionda artan gərginliklə bağlı fikir mübadiləsi aparılıb

02.03.2026 [07:37]

Martın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Oman Sultanlığının xarici işlər naziri Sayid Bədr ibn Həməd ibn Hammud Albusəidi arasında telefon danışığı aparılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Telefon danışığı zamanı regionda hərbi eskalasiya və artan gərginliklə bağlı fikir mübadiləsi aparılıb.

Nazirlər bölgədəki son hərbi eskalasiyadan dərin narahatlıqlarını ifadə ediblər və vəziyyətin daha da kəskinləşməsinin regional təhlükəsizlik və sabitliyə ciddi təhdid yaratdığını vurğulayıblar.

Deskalasiyanın zəruri olduğu və danışıqlar prosesinin bərpa edilməsi istiqamətində diplomatik səylərin artırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Bununla yanaşı, mülki əhalinin və infrastrukturun mühafizəsinin zəruriliyi vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 262 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Ədəbiyyat

Oxucunun ürəyi

14 Mart 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

14 Mart 08:30  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31