Mübariz Qurbanlı: YAP hər zaman dialoqa hazırdır
27.11.2013 [09:37]
“Müxalifət mətbuatında Prezident İlham Əliyevin media nümayəndələri ilə görüşünü iqtidar-müxalifət dialoqunun başlanğıcı kimi dəyərləndirmək istəyənlər yanlışlığa yol verirlər”. Bu sözləri SİA-ya açıqlamasında zamanı Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mubariz Qurbanlı deyib.
Millət vəkili birmənalı şəkildə qeyd edib ki, bu görüş Prezident İlham Əliyevin “Jurnalistlərin dostu” seçilməsi ilə əlaqədar keçirilən tədbir idi: “Bu mərasim hansısa bir iqtidar-müxalifət dialoqu deyil. Azərbaycan Prezidentinin mükafat alması ilə əlaqədar keçirilən mərasim idi. Burada ölkədə fəaliyyət göstərən media qurumlarının nümayəndələri, o cümlədən müxalifət partiyalarının nəzarətində olan mətbuatın nümayəndələri də iştirak edirdi. Prezident İlham Əliyevin Azərbaycanda ikinci dəfə “Jurnalistlərin dostu” seçilməsi zəruri və təbii, qanuni hadisə idi. Bu hadisə Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğının, həyata keçirdiyi siyasətin jurnalist təşkilatları tərəfindən də yüksək qiymətləndirildiyinin əyani sübutu idi”.
Mübariz Qurbanlı vurğulayıb ki, YAP hər zaman dialoqa hazırdır və Azərbaycan cəmiyyətində də dialoq mühiti var: “Kim özünü Azərbaycanda ictimai-siyasi proseslərdən kənarda qoyursa, o kəslər dialoq mühitindən kənardadır. YAP süni surətdə hansısa mövzunu ortaya ataraq, bunu dialoq adı altında qiymətləndirməyin tərəfdarı deyil”.
YAP İcra katibinin müavini Trend-ə açıqlamasında isə vurğulayıb ki, Milli Məclisdə təmsil olunan siyasi partiyalar parlamentin tribunasından, mətbuatda çıxışlar edir, digər partiyalar KİV-dən, internetdən istifadə edir, öz qəzetlərində müxtəlif mövzularda diskussiyalar aparır, yazılar yazır: “Bunun özü cəmiyyətdə siyasi partiyalar arasında dialoqun göstəricisidir. Dialoq var və Azərbaycanda da dialoq mühiti olan və bu mühiti yaradan hakimiyyət var. Ona görə də “kimlə kim dialoqa gedəcək” adı altında bir mövzunu gündəmə gətirmək o qədər də doğru deyil. Dialoq mövzusunu istismar edənlər var. Müxalifət kimə deyirlər? Azərbaycanda 40-dan çox partiya var və onun əksəriyyəti müxalifətdir”.
M.Qurbanlı əlavə edib ki, bu partiyaların müxalifətdə olanının böyük hissəsi parlamentdə təmsil olunur: “Parlamentdə olmaq elə dialoq mühitində olmaq deməkdir. Dialoq deyəndə bəzi radikallar radikal partiyanın nümayəndəsinin hakimiyyətin ali rəhbərliyindən kiminləsə oturub danışmasını nəzərdə tutur. Bu, dialoq deyil, bu, artıq kiminsə kimləsə görüşü ola bilər. Ona görə də, dialoq mühiti mövcud olan cəmiyyətdə “dialoq-dialoq” deyərək onu istismar edənlər başa düşməlidirlər ki, dialoq mühiti həmişə mövcud olub və bu gün də var”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

