Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yeni Azərbaycan Partiyası rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

Yeni Azərbaycan Partiyası rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

03.12.2013 [09:28]

Əli Əhmədov: YAP ona görə qüdrətli, əzəmətli partiya kimi özünü təsdiq edib ki, dövlətçiliyə, Heydər Əliyev siyasətinə, ölkə Prezidentinə sadiqdir və bu yolda bütün fədakarlığa, iradəyə sahibdir
Noyabrın 30-da Yeni Azərbaycan Partiyası (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov prezident seçkilərindən sonra ilk belə tədbirin keçirildiyini bildirərək partiyamızın Sədri cənab İlham Əliyevin seçkilərdə parlaq qələbə qazanması münasibətilə müşavirə iştirakçılarını təbrik edib.
Əli Əhmədov bildirib ki, prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin qələbəsinin kökündə Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin Prezidentimizə dərin inam və etimadı dayanır. Onun sözlərinə görə, 10 illik fəaliyyəti nəticəsində qazanılan bu inam və etimad növbəti 5 ildə də Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etməsini şərtləndirir.
“Digər köklü səbəb 10 il ərzində cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları, əldə olunan nəticələrdir. Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticələrini yüksək qiymətləndirir. Bu da onunla bağlıdır ki, bu siyasət nəticəsində 10 il ərzində Azərbaycanda həyat köklü şəkildə dəyişib, hər bir vətəndaşın rifahı yüksəlib, iqtisadiyyatımız inkişaf edib, Azərbaycan güclənib, dövlətimizin qüdrəti, bütövlükdə dünyada ölkəmizin nüfuzu daha da artıb. Yəni inkişaf və yüksəliş mücərrəd məna daşımayıb, hər bir insanın həyatı bu inkişaf nəticəsində müsbət mənada dəyişib. Buna görə də, Azərbaycan vətəndaşları 10 il ərzində həyata keçirilən Prezident siyasətini və onun nəticələrini yüksək qiymətləndirərək seçkilərdə cənab İlham Əliyevə yüksək etimad göstərdi” - deyə, Əli Əhmədov vurğulayıb.
YAP Sədrinin müavini qeyd edib ki, Prezident İlham Əliyevin seçkilərdə qazandığı inamlı qələbənin kökündə dayanan digər bir reallıq xalqımızın Heydər Əliyev siyasətinə olan inamıdır. Əli Əhmədov qeyd edib ki, vətəndaşlarımız bu siyasətin Azərbaycana gətirdiyi uğurları birmənalı şəkildə görür və dəyərləndirir: “Təbii ki, əldə olunan nailiyyətlər düzgün müəyyənləşdirilmiş siyasətin uğurla həyata keçirilməsi ilə bağlı olub və vətəndaşlarımız bunu məhz belə də qavrayırlar. İnsanlar cənab İlham Əliyevə səs verməklə, həm də bu istəklərini ortaya qoymuş oldular ki, növbəti 5 ildə və ondan sonrakı dövrlərdə də Heydər Əliyev siyasətinin həyata keçirilməsinə öz inamlarını ifadə edirlər. Çünki bu siyasət indiyə qədər Azərbaycana böyük uğurlar gətirib və bu gün ölkəmizin müasirləşməsi, yüksək inkişaf etməsi Heydər Əliyev siyasəti ilə bağlıdır. Beləliklə, Prezident İlham Əliyevin seçkilərdə əzəmətli qələbəsinin fundamental əsasları sırasında bu amil mühüm yer tutur”.
Əli Əhmədov bildirib ki, bu nailiyyətilərin əldə olunmasında YAP-ın 600 min nəfərdən çox üzvünün, partiyanın yerli strukturlarının, fəallarının seçki kampaniyasının həyata keçirilməsində göstərdikləri fədakarlıqlar da mühüm rol oynayır. “Hesab edirəm ki, YAP bu seçkilərdə öz fədakarlığı ilə, seçki kampaniyasının keçirilməsinə praqmatik, düzgün yanaşması ilə həm Azərbaycan dövlətçiliyinə, həm də partiyamızın Sədrinə nə qədər sədaqətli olduğunu nümayiş etdirmiş oldu. YAP üçün 2013-cü il prezident seçkiləri çox vacib bir sınaq idi və partiyamızın üzvləri, o cümlədən, rayon və şəhər təşkilatları bu sınaqdan layiqincə çıxa bildilər” - deyən, İcra katibi seçki kampaniyası dövründə partiyanın rayon və şəhər təşkilatlarının fəaliyyətini yüksək qiymətləndirib. “YAP ona görə qüdrətli, əzəmətli partiya kimi özünü təsdiq edib ki, dövlətçiliyə, Heydər Əliyev siyasətinə, ölkə Prezidentinə sadiqdir və bu yolda bütün fədakarlığa, iradəyə sahibdir” - deyə, Əli Əhmədov vurğulayıb.
Qarşıda duran vəzifələrdən də ətraflı bəhs edən Əli Əhmədov 2014-cü ildə ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini bildirib. YAP Sədrinin müavini bu seçkilərə hazırlıqla əlaqədar, eləcə də, digər vəzifələrlə bağlı partiyanın rayon və şəhər təşkilatlarının rəhbərlərinə müvafiq tövsiyələrini verib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 930 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31