Özəl sektor iqtisadi inkişafın avanqard xəttidir
05.12.2013 [09:22]
Özəl sektorun inkişafını iqtisadi siyasətinin strateji istiqaməti elan edən Azərbaycan dövlətinin məqsədyönlü fəaliyyəti beynəlxalq institutlar tərəfindən də yüksək qiymətləndirilir
Məlum olduğu kimi, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri ölkədə özəl sektorun inkişaf etdirilməsindən ibarətdir. Ölkəmizdə milli sahibkarlığın inkişafı Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf doktrinasının həyata keçirilməsi sayəsində mümkün olub. Ulu öndər ölkənin inkişafının və iqtisadi qüdrətinin başlıca şərtlərindən biri kimi azad bazar münasibətlərinin formalaşdırılmasını, əlverişli biznes mühitinin təmin edilməsini vacib sayırdı. İslahatların əsas ana xətti də bu meyarlara nail olmaq idi. Ümummilli lider müstəqil respublikamıza rəhbərlik etdiyi dövrdə özəl sektorun inkişafına dərin zəmin yaradan qətiyyətli addımlar atmaqla milli sahibkarlar sinfini formalaşdırdı.
Qanunvericilik bazası sahibkarlığın inkişafına təminat verir
İqtisadi islahatların və liberal bazar münasibətlərinin inkişafı isə bu sahədə müvafiq qanunların qəbul olunması ilə sıx bağlıdır. Buna görə də, iqtisadi qanunvericiliyin təkmilləşdirilməsi, yeni iqtisadi qanunların hazırlanması ilə bağlı bir sıra ciddi addımlar atıldı. 1992-1997-ci illərdə “Sahibkarlıq fəaliyyəti haqqında”, “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Maliyyə sənaye qrupları haqqında” qanunlar qüvvəyə mindi. Bununla yanaşı, qanunvericilik bazasının genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı bir sıra işlər görüldü.
Həmin dövrdə xarici investorların ölkəyə axınını sürətləndirmək, onlara iş fəaliyyəti üçün əlverişli şərait yaratmaq, xarici ticarəti sərbəstləşdirmək, sahibkarlığı inkişaf etdirmək üçün bir sıra qanunlar qəbul edildi, milli iqtisadiyyatın dünya iqtisadi sisteminə uyğunlaşdırılmasını təmin edən qanunvericilik bazası yaradıldı. Sözügedən dövrdə qəbul olunan “Sahibkarlıq haqqında” Qanun sahibkarlıq fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirməklə yanaşı, iqtisadiyyatın bazar iqtisadiyyatı yolu ilə inkişafı üçün əlverişli hüquqi zəmin demək idi. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası isə respublikamızın siyasi-iqtisadi, sosial-humanitar bölmələri ilə bağlı bütün təfərrüatları özündə əks etdirməklə strateji əhəmiyyətinə görə seçildi. Ulu öndər müstəqil ölkənin ilk Konstitusiyasının iqtisadi və sosial islahatlara, milli inkişafa, azad biznesə böyük təminat verdiyini bildirirdi: “Ümumxalq səsverməsi - referendum nəticəsində müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunubdur. Konstitusiya sahibkarlıq üçün, xarici investisiyalar üçün, xüsusi mülkiyyətin inkişafı üçün tam təminat verir, xüsusi sahibkarlığın mənafelərinin qorunmasını təmin edir”.
Beləliklə, Ulu öndərin müəllifi olduğu mükəmməl inkişaf konsepsiyası bütün sahələr kimi milli sahibkarlığın da inkişafının təmin olunmasına möhkəm təməl yaratdı.
Davamlı islahatlar biznes mühitinin yaxşılaşdırılmasını təmin edib
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son 10 ildə sahibkarlıq sektorunda davamlı islahatların həyata keçirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalı, həmçinin, digər sahələrlə bağlı sistemli tədbirlərin miqyası daha da genişlənib. Sahibkarlığa dövlət maliyyə köməkliyi mexanizminin yaradılması ilə yanaşı, bazar infrastrukturunun təşkili sahəsində də işlər görülür və respublikada ilk sənaye şəhərciyinin, biznes inkubatorların, biznes mərkəzlər şəbəkəsinin yaradılması üzrə tədbirlər həyata keçirilməkdədir.
Sahibkarların fəaliyyətinin stimullaşdırılması və onlara əlverişli fəaliyyət mühitinin təmin olunmasını mühüm tələblərdən biri elan edən Azərbaycanın dövlət başçısının bu sahədə məqsəd və məramı açıq, konkretdir: “Mən bütün icra orqanlarının rəhbərlərinə demişdim, bu gün də deyirəm ki, sahibkarlarla bir yerdə olun, onlara kömək edin, onların işinə qarışmayın, onlara maneçilik törətməyin. Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir”.
Prezidentin bu mesajı sahibkarlıq sektorunda əsassız yoxlamalar aparmaq istəyən orqanlara qarşı barışmaz mövqedən xəbər verir.
Milli sahibkarlığa dövlət qayğısı və stimullaşdırıcı tədbirlərin miqyasının genişlənməsi sahibkarların iqtisadiyyatda payının artmasına səbəb olub. Uğurların əldə edilməsində özəl sektor əhəmiyyətli rol oynamaqdadır ki, bu da həyata keçirilən məqsədyönlü siyasət nəticəsində biznes mühitin əlverişliliyinin artırılması ilə şərtlənib. Özəl sektorun iqtisadiyyatda payı 2003-cü ildə 73 faiz təşkil edirdisə, hazırda bu rəqəm 90 faizə bərabərdir.
Kiçik və orta sahibkarlıq subyektlərinin böyük əksəriyyəti rayonlarda yerləşir
Azərbaycanda özəl sektorun əsas hərəkətverici qüvvələrindən sayılan kiçik və orta sahibkarlıq subyektlərinin böyük əksəriyyəti rayonlarda fəaliyyət göstərir və onların milli istehsalda çəkisi mühüm yer tutur. Məhz bu məqsədlə “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Qanunun qəbulu ölkədə azad sahibkarlıq fəaliyyəti üçün daha əlverişli imkanlara yol açıb. Bu qanun ölkədə kiçik sahibkarlığa dövlət köməyinin iqtisadi, hüquqi, təşkilati əsaslarını, forma və üsullarını müəyyən edir və kiçik sahibkarlığın dəstəklənməsinin və inkişafının infrastrukturunun formalaşdırılması, kiçik sahibkarlığa kömək proqramlarının hazırlanması və həmin proqramların həyata keçirilməsinin təşkili, sahibkarlıq subyektlərinə maliyyə, maddi, elmi-texniki və informasiya resurslarının əldə etmələri üçün güzəştli şəraitin yaradılması, kiçik sahibkarlıq subyektlərinin xarici-iqtisadi fəaliyyətinə, o cümlədən, xarici tərəf-müqabilləri ilə istehsalat, maliyyə-kredit, ticarət, elmi-texniki və informasiya əlaqələrinin inkişafına kömək göstərilməsi kimi meyarları özündə əks etdirir. Sahibkarlığın inkişafina təkan verən ən fundamental iqtisadi-siyasi faktorlardan biri qeydiyyat və lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsidir. Azərbaycan Prezidentinin “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” 2007-ci il 25 oktyabr tarixli Sərəncamı bu sahədə əsaslı dönüş yaradıb. Dövlət başçısının siyasi iradə nümayiş etdirərək bu istiqamətdə qətiyyətli addımlar atması sahibkarlığın inkişafında yeni mərhələnin açılmasına səbəb oldu. Beləliklə, sahibkarlıq subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun aparılması nəticəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı əhəmiyyətli dərəcədə artdı. Son 5 ildə onların sayı üç dəfədən çox artıb.
Sahibkarlara maliyyə dəstəyi ilə yanaşı, güzəştlərin tətbiq olunması da bu sektorun dinamik inkişafını təmin edən əsas amillərdən biridir. Bu gün ölkədə sahibkarların böyük bir hissəsinin fəaliyyət sahəsi birbaşa torpaqla bağlıdır və aqrar sektora dövlətin siyasi dəstəyi geniş bir kontingenti əhatə edir.
Məlum olduğu kimi, Prezident İlham Əliyev kənd təsərrüfatı istehsalçılarına dəstəyi gücləndirərək bu sektorda çalışan sahibkarların həm vergi güzəştləri ilə əhatə olunmalarını, həm də onlara subsidiyaların verilməsini təmin edən mühüm addım atıb və bu qərar sahibkarların aqrar sektora marağının artmasına stimul verib. Yəni, dövlət onları vergilərdən azad etməklə istehsala həvəsləndirir.
60 pilləlik irəliləmə...
Son 10 ildə sahibkarlar tərəfindən həyata keçirilən başlıca layihələr sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı, emal sənayesinin yenidən qurulması, aqrar sektorun inkişafına təkan verəcək infrastruktur təminatının (soyuducu və taxıl anbarları kompleksləri) yaxşılaşdırılması, fermer təsərrüfatlarının daha da inkişaf etdirilməsi, tədarük məntəqələrinin sayının artırılması və digər istiqamətlər üzrə tədbirləri özündə əks etdirir. Sahibkarlara verilən kreditlər təbii ki, yüzlərlə yeni müəssisənin yaradılmasına səbəb olur və bu tədbirlərin həyata keçirilməsi nəticəsində respublikamızda minlərlə yeni iş yerinin açılması təmin olunur. Həmin layihələrin böyük əksəriyyəti, 90 faizdən çoxu bölgələrdə reallaşır. Bu faktor regionların inkişafına öz töhfəsini verməklə yanaşı, iqtisadi fəal əhalinin daha çox rayonlarda cəmləşməsinə səbəb olur. Azərbaycanda sahibkarlığın inkişafını şərtləndirən ən mühüm faktorlardan biri beynəlxalq qurumların hesabatlarında ölkəmizdə biznes və sahibkarlıq mühitinin yüksək qiymətləndirilməsidir. Dünya Bankının və Ümumdünya İqtisadi Forumunun son 5 illik hesabatlarına nəzər salsaq, Azərbaycanın sahibkarlıq mühitinin yaxşılaşdırılması indeksi üzrə əhəmiyyətli dərəcədə irəlilədiyini görə bilərik. Bir neçə il əvvəl respublikamız bu göstərici üzrə 80-90-cı yerlərdə qərar tutmuşdusa, hazırda 38-ci yerdə qərarlaşıb.
Sahibkarlığın inkişafında mühüm rol oynayan vasitələrdən biri də sahibkarların informasiya-məsləhət xidmətləri ilə təmin olunmalarıdır. Sahibkarlığın inkişafı ilə bağlı müxtəlif dövlət siyasətinin əsas tələblərindən biri də məhz sahibkarlara müxtəlif vasitələrlə informasiya dəstəyi göstərmək, onların bu sahəyə olan ehtiyaclarını ödəməkdir. “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət dəstəyi Proqramı”nda və “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda bu məsələyə xüsusi olaraq yer verilib və sahibkarlar üçün məsləhət xidməti şəbəkəsinin genişləndirilməsi, informasiya bazası sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilib.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sahibkarlıq sektorunda davamlı islahatların həyata keçirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də, yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalı və digər sahələrlə bağlı sistemli tədbirlərin miqyası daha da genişləndirilib. Geriyə sadəcə bir iş qalır: vicdanla və məsuliyyətlə çalışmaq. Bu isə həm də hər bir sahibkarın Azərbaycan dövləti qarşısında borcudur.
Aqşin ŞAHİNOĞLU
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

