İrina Kajal: Azərbaycan-Rumıniya əlaqələri yüksək səviyyədədir
06.12.2013 [09:01]
UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci Sessiyasında iştirak edən Rumıniyanın Mədəniyyət Nazirliyinin dövlət katibinin müavini İrina Kajal AzərTAc-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik:
- UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci Sessiyasının əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
- Azərbaycan UNESCO-nun mühüm tərəfdaşlarından biridir və təşkilata böyük töhfələr verir. Bu mötəbər tədbirə də uğurla ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə təşəkkürümü bildirirəm. Mən çox şadam ki, mədəni irsin qorunması Azərbaycan üçün prioritet məsələlərdəndir. Bu, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətində də açıq-aydın görünür. Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri seçilməsinin əsas səbəblərindən biri də məhz onun qeyri-maddi mədəni irsin qorunmasına verdiyi əvəzsiz töhfələrdir.
Azərbaycanın birinci xanımının dəstəyi və təşəbbüsü ilə ayrı-ayrı dövlətlərdə, eləcə də Rumıniyada irimiqyaslı layihələr həyata keçirilir.
Bir ay əvvəl Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. Belə tədbirlər dünyanın müxtəlif ölkələrindən tanınmış ictimai-siyasi və mədəniyyət xadimlərini, elm adamlarını bir araya gətirməklə müasir dünyamız üçün olduqca vacib məsələlərin müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, həm də Azərbaycanın beynəlxalq miqyasda tanıdılması istiqamətində uğurlu addımdır.
- Azərbaycan-Rumıniya əlaqələrinin hazırkı vəziyyətini necə dəyərləndirirsiniz?
- Azərbaycan Rumıniya üçün vacib tərəfdaşdır. Ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir. Əminəm ki, bu əlaqələr daha da möhkəmlənəcək və genişlənəcək. Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir. Ölkənizin Rumıniya, eləcə də Avropa İttifaqına daxil olan digər dövlətlərlə əlaqələrinin genişlənməsinin böyük əhəmiyyəti var. Rumıniya Azərbaycanı beynəlxalq arenada hər zaman dəstəkləyir. Bu da münasibətlərimizin inkişafı sayəsində mümkün olub.
Dünyanı bürümüş maliyyə böhranı şəraitində Cənubi Qafqazın lider dövləti olan Azərbaycan iqtisadi inkişafını qoruyub saxlayıb. Azərbaycan son 20 ildə böyük nailiyyətlər əldə edib. Ölkəniz Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya iqtisadiyyatının sabitləşməsində önəmli rol oynayır. Azərbaycan həm də Avropaya doğru inamlı addımlarla irəliləyən ölkədir. Azərbaycan Rumıniyaya mədəniyyət, iqtisadiyyat və digər sahələrin inkişafında kömək göstərir. Biz bunu yüksək qiymətləndiririk.
Biz xüsusilə mədəniyyət sahəsində Azərbaycan ilə əlaqələri daha da genişləndirmək niyyətindəyik. Bununla bağlı gələcəkdə sənədlərin imzalanması da nəzərdə tutulur.
- Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolu haqqında fikirlərinizi bilmək maraqlı olardı.
- Bütün dünyaya bəllidir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Bu, həm indiki zaman, həm də gələcək üçün vacib amildir. Bu gün Avropanın enerji marşrutlarının şaxələndirilməsinə böyük ehtiyac var. Azərbaycan bu məsələdə böyük rol oynayır. Regionda Azərbaycanın təşəbbüsü ilə irimiqyaslı layihələr həyata keçirilir. Bu, Azərbaycana enerji resurslarını Avropaya ixrac etməyə imkanlar açmaqla yanaşı, bölgənin davamlı inkişafına da şərait yaradır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14

