Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yaponiya XİN-in Cənubi Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi BDU-da olub

Yaponiya XİN-in Cənubi Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi BDU-da olub

18.12.2013 [09:12]

Dünən Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Yaponiyanın Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi, səfir Norio Maruyama, Yaponiyanın ölkəmizə təyin olunmuş yeni fövqəladə və səlahiyyətli səfiri Tsuguo Takahaşi, səfirliyin müşaviri xanım Hideko Ono və birinci katibi Ginga Kobayaşini qəbul edib. Qonaqlara universitet haqqında məlumat verən rektor onun beynəlxalq əlaqələrindən, Yaponiya universitetləri ilə əməkdaşlığından bəhs edib. Şərqşünaslıq fakültəsinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının Yaponşünaslıq ixtisası haqqında danışan rektor bildirib ki, BDU-da Yapon dili və ədəbiyyatı ixtisası 2000-2001-ci tədris ilində açılıb, 2004-cü ildə isə Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrası yaranıb. İndiyə kimi yaponşünaslıq ixtisası üzrə 10 buraxılışın olduğunu deyən rektor 89 nəfər bakalavr, 6 buraxılış üzrə 11 magistr hazırlandığını diqqətə çatdırıb.
XII Bakı Yapon dili natiqlik müsabiqəsi barədə danışan akademik Abel Məhərrəmov əlavə edib ki, Bakı müsabiqəsinin qalibi hər il MDB məkanı üzrə Moskva yapon dili natiqlik müsabiqəsində iştirak edir. Bu illər ərzində kafedranın 4 tələbəsi Moskva müsabiqəsində VI, V, IV və III yerləri tutub. Məzunlardan 6 nəfər Yaponiyada magistraturada təhsil alıb. Rektor Azərbaycan-Yaponiya əlaqələri, elm-təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi barədə də fikirlərini açıqlayıb.
Görüşdən məmnun olduqlarını bildirən Yaponiyanın Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və GUAM üzrə Xüsusi Nümayəndəsi Norio Maruyama və səfir Tsuguo Takahaşi öz növbələrində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində maraqlı olduqlarını bildiriblər.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə başa çatıb.
NURLAN

Paylaş:
Baxılıb: 931 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31