Ədliyyə və məhkəmə infrastrukturu müasirləşdirilir
27.12.2013 [09:28]
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin ədliyyə və məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində genişmiqyaslı islahatlar aparılır, ədliyyə orqanları və məhkəmələr üçün yeni binalar tikilib istifadəyə verilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, dekabrın 26-da İmişlidə rayon məhkəməsi üçün yeni binanın təməli qoyulub, Avropa İttifaqının dəstəyi ilə inşa olunmuş regional ədliyyə şöbəsinin müasir inzibati binası istifadəyə verilib.
Tədbirlərdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, nazir müavini Toğrul Musayev, İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard, bölgənin hüquq mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, hakimlər, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Mərasimlərdən əvvəl Ümummilli liderimiz Heydər Əliyevin İmişli şəhərindəki abidəsi ziyarət edilib, əziz xatirəsi dərin ehtiramla yad olunub.
Sonra İmişli rayon Məhkəməsi üçün yeni inzibati binanın təməlqoyma mərasimi keçirilib.
Daha sonra İmişli Regional Ədliyyə Şöbəsinin yeni tikilmiş müasir inzibati binasının açılışı olub.
Mərasimdə çıxış edən ədliyyə naziri Azərbaycan Prezidentinin rəhbərliyi ilə son illər respublikamızın, xüsusilə regionların sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş yüksək nailiyyətlərdən, o cümlədən genişmiqyaslı məhkəmə-hüquq islahatlarından danışıb, regionlarda 20-dək yeni məhkəmələrin yaradıldığını, hakimlərin sayının 2 dəfə artırıldığını, onların seçim prosesinin şəffaflığına görə Avropada örnək kimi dəyərləndirildiyini, məhkəmə infrastrukturunun müasirləşdirilməsini qeyd edib, İmişli rayon Məhkəməsinin müasir binasının inşasının məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə verəcəyini, ədalət mühakiməsinə çatımlılığı daha da asanlaşdırmaqla vətəndaşların hüquqlarının etibarlı təmin olunmasına xidmət edəcəyini vurğulayıb.
Açılışda iştirakından məmnunluğunu bildirən xanım M.Mard Avropa İttifaqının Azərbaycan ilə 20 ildən artıq davam edən əməkdaşlığını qeyd edərək “Ədliyyə sahəsində islahatlara dəstək” Proqramının əlaqələrin inkişafında yeni mühüm mərhələ olduğunu vurğulayıb, təmsil etdiyi qurumun ədliyyə sisteminə çatımlılığın asanlaşdırılmasına xidmət edən islahatların aparılmasına xüsusi əhəmiyyət verdiyini, qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi üçün geniş imkanların olduğunu söyləyib.
Sonra ədliyyə işçilərinə və hakimlərə işin yüksək səviyyədə təşkil edilməsi, fəaliyyətin təkmilləşdirilməsi, vətəndaşlara layiqli xidmət göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar və tövsiyələr verilib. Həmçinin regional ədliyyə şöbəsinə yeni xidməti minik avtomobili təqdim edilib.
Eyni zamanda, xanım Malena Mard ilə görüş keçirilərək, əməkdaşlıq məsələlərinə dair faydalı fikir mübadiləsi aparılıb.
Görüşdə qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Avropa İttifaqının təmsilçisi əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı niyyətini bildirərək bu cür uğurlu təcrübənin genişləndirilməsinin və ədliyyə sistemində islahatların əhəmiyyətini qeyd edib, həyata keçirilən tədbirlərə bundan sonra da dəstək göstərəcəyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 21:58
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45

