Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzinin nümayəndələri Azərbaycanda mətbuat azadlığı haqqında məlumatlandırılıblar

Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzinin nümayəndələri Azərbaycanda mətbuat azadlığı haqqında məlumatlandırılıblar

31.01.2014 [10:32]

Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzinin nümayəndə heyəti yanvarın 30-da Azərbaycan Mətbuat Şurasında olub. Bu barədə Şuradan AzərTAc-a məlumat verilib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında nümayəndə heyətinə məlumat verib. Şuraya daxil olan şikayətlər barədə danışan sədr deyib ki, narazılıq yaradan media materiallarında kimlərəsə qarşı milli ayrı-seçkiliyin edilməsi faktları, demək olar ki, qeydə alınmır.
MŞ-nin sədri Azərbaycanda müxtəlif xalqların nümayəndələrinin sülh şəraitində yaşadıqlarını, onların öz ana dillərində kütləvi informasiya vasitələri təsis etmələri üçün hər cür şəraitin olduğunu söyləyib.
Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzinin baş tədqiqat əlaqələndiricisi Zora Papova təmsil etdiyi qurumun fəaliyyəti və beynəlxalq əlaqələri haqqında danışıb. Bildirilib ki, ATƏT, Avropa İttifaqı və Avropa Şurası ilə sıx əməkdaşlıq edən mərkəz əsasən münaqişələrin aradan qaldırılması, təlimlərin keçirilməsi və müxtəlif tədqiqatların aparılması üzrə ixtisaslaşıb. Həmçinin, təşkilatın media qurumları ilə əlaqələrinin müxtəlif istiqamətlərinə dair məlumat verilib.

Paylaş:
Baxılıb: 941 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31