Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Gənclər Günü Qəbələdə qeyd edilib

Gənclər Günü Qəbələdə qeyd edilib

04.02.2014 [09:20]

Qəbələ rayonunda 2 fevral - Gəncləri Günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər qərənfillər qoyublar. Daha sonra “Qafqaz Sport” hoteldə davam etdirilən tədbirdə rayonun bütün sahələrində çalışan, ictimai-siyasi həyatda fəal iştirak edən 100-dək gənc iştirak edib.
Tədbirdə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov 2013-cü ildə görülən işlər və qarşıda duran məsələlər barədə məlumat verib. O bildirib ki, müasir iqtisadi-siyasi, mədəni həyatımızda gənclərin rolu böyükdür və bu gün ölkəmizdə müstəqil dövlətimizin daha da çiçəklənməsi üçün sağlam, müstəqil düşüncəyə sahib olan gənclər yetişməkdədir. Qeyd edilib ki, bu gün Azərbaycan gəncliyi Ulu öndər Heydər Əliyevin siyasətini ardıcıl şəkildə həyata keçirən Prezident İlham Əliyevin ətrafında birləşərək dövlətimizin tərəqqisi naminə öz bacarıqlarını əsirgəmir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək Azərbaycanda dövlət gənclər siyasətinin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. İcra Hakimiyyəti başçısı deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi qayğı və diqqət, aparılan sistemli iş, inkişafın yeni hədəflərinin müəyyən edilməsi ölkəmizdə sağlam fikirli, gələcək inkişafımızın əsas dayağını təşkil edəcək gəncliyin meydana çıxmasına şərait yaradıb. S.Abdullayev bütün gəncləri təbrik edərək onlara uğurlar arzulayıb.
Tədbirdə YAP Qəbələ rayon təşkilatı Gənclər Birliyinin sədri Ramil Qəribov, QHT resurs və təlim mərkəzinin əməkdaşı Şəmsiyyə Əzimova və başqaları çıxış edərək Ulu öndərin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan, bu diqqətin və bütövlükdə gənclər siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən və görülən işlərdən danışıblar.
Tədbirdə 2013-cü ildə müxtəlif sahələr üzrə nailiyyət qazanmış bir qrup fəal gənc diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar. Daha sonra bayram musiqi kollektivlərinin konserti ilə davam etdirilib.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 895 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31