Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ilə Çin arasında əlaqələr yüksək səviyyədədir

Azərbaycan ilə Çin arasında əlaqələr yüksək səviyyədədir

11.02.2014 [09:11]

Fevralın 10-da Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov Çin Kommunist Partiyasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
AzərTAc xəbər verir ki, Z.Əsgərov görüşdə Azərbaycan-Çin əlaqələrinin qədim tarixindən danışıb. O bildirib ki, Mərkəzi Asiyanın böyük dövləti Çin ən qədim dövrlərdən dünya miqyasında öz yeri, mövqeyi olan bir ölkə kimi tanınıb. Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin tarixi çox qədim zamanlara təsadüf edir. İki ölkə arasında müxtəlif sahələrdə əlaqələr dinamik inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər, görüşlər bu münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verir.
Z.Əsgərov Azərbaycanın qısa müddətdə keçdiyi inkişaf yolundan, əldə edilən uğurlardan, həyata keçirilən layihələrdən, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisindən danışıb. Milli Məclis sədrinin birinci müavini, həmçinin ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu bildirib.
Dağlıq Qarabağ münaqişəsinə toxunan Z.Əsgərov deyib ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Bu münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Rəsmi Yerevan BMT Təhlükəsizlik Şurasının problemin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə məhəl qoymur. Milli Məclis sədrinin birinci müavini Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Çin tərəfinə təşəkkür edib.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsi nazirinin müavini Çjoy Li ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafının məmnunluq doğurduğunu bildirib. O deyib ki, Azərbaycan ilə Çin arasında müxtəlif sahələrdə əməkdaşlıq, o cümlədən parlamentlərarası əlaqələr yüksək səviyyədədir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq rəsmi Pekinin bu məsələ ilə bağlı mövqeyinin dəyişməz olduğunu qeyd edib.

Paylaş:
Baxılıb: 946 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31