/ / Milli Məclisin deputatı: Bir sıra mətbuat orqanlarında Avropa Parlamentinin bəzi deputatlarının cəzalandırılacağı ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur
Milli Məclisin deputatı: Bir sıra mətbuat orqanlarında Avropa Parlamentinin bəzi deputatlarının cəzalandırılacağı ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur
13.02.2014 [09:09]
Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasının vitse-prezidenti, Assambleyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov son günlər bir sıra mətbuat orqanlarında Avropa Parlamentinin ötən ilin oktyabrında ölkəmizdə prezident seçkilərini müşahidə etmiş bəzi deputatlarının guya cəzalandırılacağı, onların Məşvərət Komitəsinin sanksiyaları ilə üzləşəcəkləri haqqında yayılan məlumatlara münasibət bildirib. E.Süleymanov deyib ki, bu cür məlumatların heç bir əsası yoxdur.
O qeyd edib ki, Məşvərət Komitəsi 2012-ci ilin yanvarından - Avropa Parlamenti üzvünün Davranış Kodeksi qəbul olunduqdan sonra fəaliyyət göstərir. Davranış Kodeksini pozmuş deputatla bağlı Məşvərət Komitəsində dinləmələrin nəticəsi olaraq komitə AP sədrinə təkliflərlə müraciət edərək bu deputatın cəzalandırılmasını və ya ona bəraət qazandırılmasını tələb edə bilər. Davranış Kodeksini pozmuş AP üzvünə deputat maaşının kəsilməsi, onun Avropa Parlamentində bəzi fəaliyyətlərdən məhrum edilməsi, deputat ofisindən çıxarılması kimi cəzalar tətbiq edilə bilər.
Azərbaycanda prezident seçkilərinin başa çatmasından artıq dörd ay keçib. Seçkilərdən dərhal sonra Avropa Parlamentinin seçkiləri müşahidə missiyası ilkin bəyanatla çıxış edib və seçkilərin demokratik, şəffaf keçirildiyini bildirib. Avropa Parlamentinin Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə rəsmi missiyasının fəaliyyəti başa çatıb və missiya üzvlərinin hər hansı bir formada cəzalandırılmasından söhbət gedə bilməz.
Deputat deyib: “Məşvərət Komitəsində fevralın 11-də keçirilən dinləmələrə AP-nin Azərbaycanda prezident seçkilərini izləmiş rəsmi müşahidə missiyasının yeddi nəfər üzvündən heç biri dəvət olunmamışdır. Bu dinləmələrə dəvət olunan AP deputatları Azərbaycanda prezident seçkilərini beynəlxalq QHT-lərin nümayəndə heyətlərinin tərkibində müşahidə etmişlər. Başqa sözlə, onlar qeyri-rəsmi müşahidə missiyalarının üzvləri olmuşlar”.
E.Süleymanov diqqətə çatdırıb ki, belə iddiaların irəli sürülməsinin kökündə bir sıra dairələrin Azərbaycana təzyiqlərini yeni formada və məzmunda davam etdirmək niyyəti dayanıb. Azərbaycanın mənfi imicini formalaşdırmaq istəyən həmin dairələrin bu cür məkrli niyyətləri əvvəlcədən baş tutmadı. Azərbaycan xalqı öz seçimini etdi və beynəlxalq müşahidəçilər seçkilərin demokratik, şəffaf keçirildiyini bəyan ediblər.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

