/ / Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb
Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb
13.02.2014 [09:24]
Fevralın 12-də Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev Bolqarıstanın iqtisadiyyat və energetika naziri Draqomir Stoynevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AzərTAc-a bildirilib ki, görüşdə əsasən Bolqarıstanın Baş naziri Plamen Oreşarskinin yaxın vaxtlarda Azərbaycana gözlənilən rəsmi səfəri zamanı müzakirə olunacaq mövzuların razılaşdırılmasına dair danışıqlar aparılıb.
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq bildirilib, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu vurğulanıb.
Natiq Əliyev ikitərəfli əlaqələrin inkişaf dinamikasından danışıb. O, ötən ilin dekabrında “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanmasının Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətini vurğulayıb.
Nazir ölkəmizdə həyata keçirilən nəhəng iqtisadi layihələr barədə də ətraflı məlumatlar verib. Hər iki tərəf ölkələrimiz arasında iqtisadi, humanitar, sənaye və enerji sektoru da daxil olmaqla bütün istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
Draqomir Stoynev deyib ki, Azərbaycan Bolqarıstanda daha çox enerji ölkəsi kimi tanınır. Qonaq Azərbaycan ilə təkcə enerji sahəsində deyil, digər istiqamətlərdə də əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə yüksələn xətlə inkişafı və bu əlaqələrin intensivləşməsində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti də qeyd olunub.
Görüşdə Draqomir Stoynevin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri-Bolqarıstan Baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri və Nazirlər Kabineti yanında Milli Təhlükəsizlik Şurasının katibi Boyan Çukov, iqtisadiyyat və energetika nazirinin turizm məsələləri üzrə müavini Branimir Botev, Baş nazirin respublikamıza səfərinin əlaqələndiricisi Dimitr Bratanov, Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

