Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirilib
15.02.2014 [11:02]
Fevralın 14-də Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının növbəti iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclası açıq elan edən Milli Məclisin sədri Oqtay Əsədov gündəlikdə 12 məsələnin olduğunu bildirib.
Əvvəlcə cari məsələlər müzakirə edilib. Deputatlar son vaxtlar cəbhə xəttində erməni silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasının narahatlıq doğurduğunu bildiriblər. Soçidə keçirilən XXII Qış Olimpiya Oyunları zamanı “Olimpiya atəşkəsi”nə riayət edilməsi çağırışına erməni silahlı qüvvələrinin məhəl qoymamaları pislənilib.
Müzakirələr zamanı Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfərindən də bəhs edilib. Qeyd olunub ki, bu səfər çərçivəsində keçirilmiş görüşlər Azərbaycanın və Gürcüstanın strateji tərəfdaşlığının gələcək inkişafı üçün yeni imkanlar yaradıb.
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələrinin də inkişaf etdiyini bildirib, yaxın gələcəkdə hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən komitələr arasında əlaqələrin qurulacağını söyləyib.
Sonra gündəlikdəki məsələlər müzakirə olunub.
Ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edib.
Məruzə ətrafında müzakirələr aparılıb.
Sonra deputatlar gündəlikdə duran digər məsələlərə baxıblar.
“Rəsmi statistika sahəsində əməkdaşlıq haqqında”, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında”, “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” sazişlərin təsdiq edilməsi barədə qanun layihələrinə baxılıb.
Bildirilib ki, ötən ilin noyabrında Bakıda imzalanan “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Saziş hazırlanarkən hər iki ölkədə pensiya təminatı sahəsindəki fərqli məsələlər də nəzərə alınıb.
Deputatlar “Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsi”nin təsdiq edilməsi haqqında qanun layihəsini nəzərdən keçiriblər. Həmçinin “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında” 2004-cü il 5 noyabr tarixli Sazişə əlavə və dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi də müzakirə edilib.
Bundan başqa, Azərbaycanın “Beynəlxalq Üzüm və Şərab Təşkilatının təsis edilməsi haqqında” Sazişə qoşulmasına dair qanun layihəsinə baxılıb.
Deputatlar Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də, “Torpaq bazarı haqqında”, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələrini də təsdiqləyiblər.
Vurğulanıb ki, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokurorluq orqanı olmaqla statusunun artırılması ilə bağlı “Prokurorluq haqqında” Qanuna dəyişikliklər edilib. Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş bu layihə ölkəmizdə korrupsiyaya qarşı mübarizə ilə bağlı həyata keçirilən islahatların, tədbirlərin tərkib hissəsidir və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin strukturunun daha da genişləndirilməsi ilə bağlıdır.
İclasda çıxış edən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev Azərbaycan Prezidentinin korrupsiyaya qarşı mübarizəni prioritet vəzifə kimi qarşıya qoyduğunu bildirib və bununla əlaqədar həyata keçirilən silsilə tədbirlər barədə məlumat verib. O, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin genişləndirilməsi, xüsusilə bu quruma əməliyyat-axtarış funksiyası həyata keçirmək səlahiyyətinin verilməsi üzrə görülən işləri diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

