Mübariz Qurbanlı: Azərbaycanda “Maydan”dakına bənzər hadisələr baş verə bilməz
25.02.2014 [09:30]
“İstər Ukraynada, istər keçmiş post-sovet məkanında, keçmiş sovetlər birliyindən ayrılaraq müstəqillik əldə etmiş digər ölkələrdə, istərsə də başqa regionların hər hansı birində bir hadisə baş verirsə, bu hadisə yalnız və yalnız spesifik olaraq həmin ölkənin özünə aiddir. Yəni, hər bir xalq, hər bir dövlət inkişaf edərkən özünün dəyərlərinə, öz tarixinə söykənir və həmin ölkələrdə, xalqlarda baş verən hadisələri də süni surətdə başqa bir ölkəyə, xalqa şamil etmək mümkün deyil”. Bunu Gün.Az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Ukraynada baş vermiş son inqilabın Azərbaycana təsirinin mümkün olub-olmamasına münasibətini bildirərkən dilə gətirib.
Millət vəkilinin qeyd etdiyinə görə, Ukraynada baş verən son hadisələr birbaşa həmin ölkənin özünün daxili ictimai-siyasi vəziyyəti, sosial-iqtisadi inkişaf yolu ilə, o cümlədən, Ukraynadakı siyasi hakimiyyətin yeritdiyi siyasət və onun nəticələri ilə bağlıdır: “Düzdür, bir sıra hallarda Ukraynada gedən proseslər bütövlükdə dünya miqyasında gedən geopolitik proseslərlə əlaqəlidir, amma bütün hallarda Ukrayna daxilində baş verən hadisələr Yanukoviç hökumətinin həyata keçirdiyi səhv siyasətin təzahürləridir”.
O ki qaldı Ukrayna hadisələrinin Azərbaycana təsiri məsələsinə, M.Qurbanlı deyib ki, Azərbaycanda heç bir halda “Maydan”dakına bənzər hadisələr baş verə bilməz.
M.Qurbanlının sözlərinə görə, çünki Azərbaycanda ictimai-siyasi sabitlik var, ölkə Prezidenti İlham Əliyev ardıcıl olaraq islahatlar həyata keçirir və yaranmış bəzi çətinliklərin aradan qaldırılması üçün tədbirlər görülür.
“Ona görə Azərbaycanda bu tipli hadisələrin baş verməsi ehtimalı çox azdır. Eyni zamanda, Azərbaycan xalqı buna bənzər hadisələri hələ ötən əsrin 90-cı illərinin əvvəllərində yaşayıb və o mərhələni keçib.
Bu baxımdan, hesab edirəm ki, Azərbaycan “Maydan” tipli hadisələrlə üzləşməyəcək. Çünki bir daha qeyd edirəm ki, Azərbaycanda hakimiyyətin yeritdiyi uğurlu, düşünülmüş siyasət bu cür simptomların yaranmasına gətirib çıxarmayacaq”, - deyə, YAP İcra katibinin müavini daha sonra sözlərinə əlavə edib.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

