/ / Səbail rayonunda Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş güllə atıcılığı üzrə yarış keçirilib
Səbail rayonunda Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş güllə atıcılığı üzrə yarış keçirilib
27.02.2014 [09:20]
Dünən Səbail rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsi ilə birgə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Səbail rayon məktəbləri arasında Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı “Mahir nişançı” devizi altında güllə atıcılığı yarışının final mərhələsi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edib, Vətənimizin torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın və Xocalıdan olan şəhidlərin məzarlarını ziyarət edib, məzarları önünə tər çiçəklər düzüblər.
Sonra yarışın final mərhələsinə start verilib. Yarışda Səbail rayonunun 16 orta məktəbinin komandası iştirak edib. Tərkibi 5 nəfərdən - 3 oğlan və 2 qızdan ibarət olan komandaların hər biri növbə ilə atıcılıq xəttinə çıxıb və müasir kiçik çaplı pnevmatik snayper tüfənglərindən 5 dəfə atəş açıblar.
Yarışların gedişini Səbail rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının nümayəndələrindən təşkil olunmuş münsiflər heyəti diqqətlə izləyib, komandaların topladıqları xalları yoxlayaraq yarışların yekunlarını müəyyən ediblər.
Münsiflər heyətinin qərarı ilə I yerə 7 saylı orta məktəbin, II yerə 50 saylı orta məktəbin, III yerə isə 163 saylı orta məktəbin komandaları layiq görülüblər.
Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasınnın rektoru, millət vəkili Ağacan Əbiyev faciənin dəhşətlərindən, gənclərin vətənpərvərlik tərbiyəsində belə tədbirlərin böyük əhəmiyyəti olmasından danışıb. Natiqlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin, işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin olduqlarını, lazım gələrsə, ölkə başçısı, Ali Baş Komandanın əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildiriblər.
Yarışda I, II və III yerləri tutmuş komandalar müvafiq dərəcəli diplomlar və qiymətli hədiyyələrə layiq görülüblər.
Xəbər lenti
Hamısına baxDünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45

