/ / Dövlət İdarəçilik Akademiyasının Qarabağ Araşdırmalar Mərkəzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər haqqında qısamüddətli kurslara yekun vurulub
Dövlət İdarəçilik Akademiyasının Qarabağ Araşdırmalar Mərkəzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər haqqında qısamüddətli kurslara yekun vurulub
01.03.2014 [11:52]
Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə qısamüddətli kurslara yekun vurulub.
DİA-dan AzərTAc-a bildiriblər ki, fevralın 18-də başlayan kursların təşkilində məqsəd indiki və gələcək nəsillərdə son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasəti haqqında yaddaşı möhkəmləndirmək, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onların ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar edilməməsinə çalışmaq olub.
İlk dinləyiciləri Dövlət İdarəçilik Akademiyasının tələbələri olmuş bu kursların keçirilməsi gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunun artmasına kömək etməklə yanaşı, dünya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər haqqında daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı işlərə töhfə vermək baxımından mühüm əhəmiyyətə malikdir.
Kurslarda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov “Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqlar prosesində Azərbaycan dövlətinin mövqeyi” mövzusunda sonuncu mühazirəni oxuyub. Münaqişənin nizama salınması prosesində Azərbaycanın diplomatik səylərindən danışan Əli Həsənov ölkəmizin ilk növbədə sülh variantına üstünlük verdiyini söyləyib. Əli Həsənov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ermənilərin etnik təmizləmə siyasəti və ərazilərimizin müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunu beynəlxalq hüquq normalarının da təsdiq etdiyini vurğulayıb. Bu səbəbdən də biz Azərbaycan dövlətinin və Prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yürütdüyü siyasətə dəstək verməliyik. Bildirilib ki, ermənilərin Cənubi Qafqazda yeritdikləri təcavüzkar siyasətə ağıl və intellektlə yanaşmaq lazımdır. Eyni zamanda, biz həm də güclü olmalıyıq. Çünki müasir dünyada güclünün haqlı olduğu bir siyasət yürüdülür. Biz Prezidentin Azərbaycan vətəndaşları, ziyalıları, ictimaiyyəti qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı - hücum diplomatiyasını yaddan çıxarmamalıyıq.
Kurslarda Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədovun “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri və mərhələləri”, professor Kərim Şükürovun “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri”, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin böyük elmi işçisi Nazim Mustafanın “XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)”, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və böyük dövlətlərin mövqeyi” və başqalarının müvafiq mövzularda mühazirələri dinlənilib.
Kursların sonunda Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov və digərləri dinləyicilərə sertifikatlar təqdim ediblər.
Xəbər lenti
Hamısına baxMədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55

