Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib
06.03.2014 [09:38]
Martın 5-də Azərbaycan Respublikası Milli Məclisinin Sosial siyasət komitəsinin iclası keçirilib.
AzərTAc xəbər verir ki, komitənin sədri Hadı Rəcəbli iclasın gündəliyində duran “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihələri haqqında məlumat verib.
Qeyd edilib ki, “Tibbi sığorta haqqında” Qanunun 13-cü maddənin ikinci hissəsində edilmiş dəyişikliklərə əsasən tibbi sığorta təşkilatı sığorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək üçün “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta haqları hesabına sığorta ehtiyatları formalaşdırılmalıdır. Qanunun 16-cı maddəsinin beşinci hissəsində “qanunvericiliyində müəyyən edilmiş qaydada məhkəmə tərəfindən” sözləri “qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında” sözləri ilə əvəz edilir. Eyni zamanda, 17-ci maddədə “qanunvericiliyinə uyğun olaraq” sözləri “Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda” sözləri ilə əvəz edilir.
“Bədən tərbiyəsi və idman haqqında” Qanunda edilmiş dəyişikliklərə əsasən qanunun 16.8-ci maddəsi aşağıdakı kimi olacaqdır: “Paralimpiya, deflimpiya, xüsusi olimpiya idman növləri üzrə respublika və beynəlxalq miqyaslı yarışlarda iştirak zamanı idmançılar Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri tərəfindən bu qanunun 60.1-ci maddəsinə uyğun olaraq icbari qaydada sığorta edilir”. 60.1-ci maddə isə belə adlanacaqdır: “Bədən tərbiyəsi ilə məşğul olan şəxslər, idmançılar, idman hakimləri, məşqçilər, bədən tərbiyəsi və idman sahəsində digər mütəxəssislər peşəkar (əmək) fəaliyyətləri ilə əlaqədar “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığorta edilir”.
Qanun layihəsində edilmiş daha bir dəyişikliyə uyğun olaraq isə 60.2-ci maddə ləğv olunur. Qanunun 62-ci maddəsində “müvafiq qanunvericiliyinə uyğun olaraq” sözləri “Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda” sözləri ilə əvəzlənir.
Hadı Rəcəbli vurğulayıb ki, mövcud “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun işləmə mexanizmi zəifdir. Artıq dünyanın bütün inkişaf etmiş ölkələrində tibbi sığorta çox aktual məsələdir. Azərbaycanda da bu sahədə nisbətən canlanma hiss olunur. 2015-ci ildə “Tibbi sığorta haqqında” Qanunun praktiki həyata keçirilməsi gözlənilir.
İclasda mövcud qanunun monitorinqinin aparılması və cari ilin aprelində bu sahədə mütəxəssislərin Milli Məclisdə dinləmələrinin keçirilməsi məsələsi tövsiyə olunub.
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunarkən Olimpiya Oyunlarında könüllülər hərəkatı məsələsinin daha yaxından öyrənilməsi və bu qanuna əlavə edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31

