Monteneqro-Azərbaycan Hökumətlərarası Komissiyanın iclası və biznes forum keçirilib
07.03.2014 [09:20]
Podqoritsada Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclası keçirilib. Azərbaycan tərəfindən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin, Monteneqro tərəfindən isə iqtisadiyyat naziri Vladimir Kavariçin rəhbərlik etdiyi Hökumətlərarası Komissiyaya hər iki ölkənin müvafiq dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri daxildir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, iclasda çıxış edən Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev qarşılıqlı hörmət və inam üzərində qurulmuş Azərbaycan-Monteneqro əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb, ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və aparılan danışıqların böyük rol oynadığını diqqətə çatdırıb. Bildirilib ki, 2013-cü ildə Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması ölkələrimiz arasında əməkdaşlığa verilən yüksək önəmin göstəricisidir.
Monteneqronun iqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Vladimir Kavariç çıxışında ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib, dövlətlərimiz arasında iqtisadi əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.
İclasın sonunda Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclasının yekunlarına dair Protokol imzalanıb.
Sonra Monteneqro İqtisadiyyat Palatası və İnvestisiyaların Təşviqi Agentliyi (MİPA) ilə AZPROMO arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə yekunlaşıb.
Səfər çərçivəsində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Monteneqronun Prezidenti Filip Vuyanoviç ilə görüşüb. Həmçinin Azərbaycan nümayəndə heyəti ilə Monteneqronun Baş naziri Milo Cukanoviç, parlamentin sədri Ranko Krivokapiç, iqtisadiyyat naziri Vladimir Kavariç, maliyyə naziri Radoye Juqiç arasında görüş olub. Görüşlərdə Azərbaycan və Monteneqro arasındakı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55

