Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ADA Universitetində “Meydana gələn təhlükəsizlik çağırışları üzrə əməkdaşlıq” mövzusunda informasiya günü keçirilib

ADA Universitetində “Meydana gələn təhlükəsizlik çağırışları üzrə əməkdaşlıq” mövzusunda informasiya günü keçirilib

11.04.2014 [09:26]

Aprelin 10-da ADA Universitetində “Meydana gələn təhlükəsizlik çağırışları üzrə əməkdaşlıq” mövzusunda informasiya günü keçirilib.
AzərTAc xəbər verir ki, NATO-nun “Sülh və Təhlükəsizlik naminə Elm” Proqramı çərçivəsində keçirilən tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov çıxış edərək bildirib ki, sülh və tərəfdaşlıq olduqca vacibdir. NATO da bu istiqamətdə fəaliyyət göstərir. O vurğulayıb ki, bizim sülh naminə elmi bilikləri daha da genişləndirmək imkanımız yaranıb.
Əvvəllər iki fərqli qütbün - Qərb və sovet elminin mövcud olduğunu deyən nazir müavini keçmiş Sovet İttifaqı dağıldıqdan sonra müstəqil ölkələrin öz elmi potensiallarını daha da gücləndirdiyini deyib. A.Əzimov vurğulayıb ki, bu proqram çərçivəsində enerji təhlükəsizliyi, elmi inkişafa nail olunması məsələləri mühüm əhəmiyyət kəsb edir. Nazir müavini qeyd edib ki, gələcəkdə NATO ilə yeni əməkdaşlıq istiqamətləri haqqında düşünmək lazımdır.
NATO-nun baş katibinin müavini Sorin Dukaru qeyd edib ki, “biz gələcəkdə meydana çıxacaq çağırışları təxmin edirdik. Lakin son dövrlərdə dünyada baş verən hadisələr uzun müddət tarixdən qalan çağırışları da bizə xatırlatdı”.
O, yeni əsr üçün konkret konsepsiya ortaya qoyan bölmə haqqında danışıb. Məlumat verib ki, bu bölmənin əsas fəaliyyətlərindən biri strateji təhlillər aparmaq, potensial böhranlara hazır olmaq, ölkələri bu təhlükələrlə, təhdidlərlə əlaqədar məlumatlandırmaqdır. 2012-ci ildə NATO “Sülh və Təhlükəsizlik naminə Elm” Proqramının əsas prioritetlərini müəyyən edib. Əsas hədəf terrorizmlə mübarizə, kibertəhlükəsizlikdir. Keçən il Proqrama qiymətləndirmə sahəsi də əlavə olunub.
S.Dukaru vurğulayıb ki, diqqəti əsasən yüksək siyasi və elmi praktiki nəticəsi olan layihələrə yönəltmək lazımdır: “NATO-nun Azərbaycan ilə tərəfdaşlığı çox yüksək səviyyədədir. Azərbaycan 1994-cü ildə “Sülh naminə Tərəfdaşlıq” Proqramına qoşulan ilk ölkələrdən biridir. Biz çox uğurlu əməkdaşlıq edirik. Birgə bir sıra faydalı layihələr reallaşdırılıb və əməkdaşlığın daha da genişləndirilməsinin tərəfdarıyıq”.
Tədbir “Enerji təhlükəsizliyi”, “Kibermüdafiə”, “Qlobal Təhlükəsizlik çağırışları” sessiyaları ilə davam etdirilib.

Paylaş:
Baxılıb: 869 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31