/ / İmişlidə “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda regional konfrans keçirilib
İmişlidə “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda regional konfrans keçirilib
12.04.2014 [09:56]
Aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə İmişlidə “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda regional konfrans keçirilib.
AzərTAc xəbər verir ki, konfransdan əvvəl tədbirin iştirakçıları İmişli şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Daha sonra şəhərdə müasir memarlıq üslubunda inşa edilmiş Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.
Mərkəzin konfrans zalında baş tutan tədbirdə İmişli rayon ictimaiyyətinin, yerli media orqanlarının, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, həmçinin ümumrespublika yayımlı KİV-lərin rəhbərləri iştirak ediblər.
İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev tədbirin əhəmiyyətini qeyd edərək, rayonda gedən abadlıq-quruculuq işləri barədə danışıb.
KİVDF-in icraçı direktoru Vüqar Səfərli bu formatda konfransın media ilə yerli icra hakimiyyəti orqanları arasında əməkdaşlığın inkişafına böyük töhfə verdiyini qeyd edərək deyib: “Bundan öncə də bu qəbildən olan tədbirlər Bakının müxtəlif rayonlarında, regionlarda keçirilib. Əsas nəticə isə odur ki, media ilə yerli icra hakimiyyəti orqanları arasında qarşılıqlı əməkdaşlıq dərinləşir, inkişaf edir”.
Vüqar Səfərli Azərbaycanda medianın inkişaf tarixi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və fəaliyyəti barədə də iştirakçılara geniş məlumat verib.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da cəmiyyətin həyatında medianın oynadığı rol barədə iştirakçılara geniş məlumat verib.
Azərbaycan Milli Televiziya və Radio Şurasının sədi Nuşirəvan Məhərrəmli isə qeyd edib ki, bu gün həyatın hər hansı sahəsini mediasız təsəvvür etmək mümkün deyil. O, İmişlidə gedən abadlıq-quruculuq işlərinin mediada işıqlandırılması barədə fikirlərini iştirakçılarla bölüşüb.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə keçirilən bu səpkili tədbirlərin mühüm önəm kəsb etdiyini bildirib. O, Azərbaycanda digər sahələr kimi, medianın da sürətli inkişaf yolunda olduğunu qeyd edib.
Daha sonra tədbir qarşılıqlı diskussiya şəraitində davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12

