Sonun başlanğıcı: ABŞ-ın qlobal hegemonluğu başa çatmaq üzrədir
20.06.2014 [09:14]
XXI əsrdə dünya siyasəti və beynəlxalq münasibətlərə təsir edən əsas amillərdən biri etibarlı təhlükəsizlik mühitinin formalaşdırılmasıdır. Qloballaşma şəraitində əməkdaşlıq, rəqabət və inteqrasiya proseslərinin sürətlənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasını zəruri edir ki, burada da milli dövlətlərin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bu və ya digər regionlarda iqtisadi, siyasi, humanitar əməkdaşlıq platformalarının formalaşdırılması demoqrafik, nüvə və enerji təhlükəsizliyinin təmin olunmasını, mövcud təhdidlərlə birgə mübarizə aparılmasını zəruri amilə çevirir.
Amma təəssüflər olsun ki, məhdud geosiyasi maraqlara söykənən bəzi transmilli strategiyalar bu cür etibarlı təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşdırılmasına əngəl olan aşkar təhdidlər yaradır. Bu sırada hegemonluq iddialarına malik nəhəng aktorların fəaliyyəti xüsusilə qeyd edilməlidir. Bu baxımdan, “Qlobal dövlət” və “Mondializm” konsepsiyaları əsasında daimi dominant güc kimi öz üstünlüyünü mühafizə etməyə çalışan Amerika Birləşmiş Ştatlarının (ABŞ) irticaçı xarici siyasəti istisna təşkil etmir.
ABŞ-ın xarici siyasət strategiyası tamamilə hegemonluq fəlsəfəsinə söykənir
ABŞ-ın xarici siyasət strategiyası tamamilə hegemonluq fəlsəfəsinə söykənir. Bunun nəticəsidir ki, Vaşinqton ayrı-ayrı bölgə və ölkələrdə qarşıdurma, o cümlədən idarə edilən xaos yaratmağa, hətta işğalçı siyasət həyata keçirməklə təkqütblü dünya nizamının vahid güc mərkəzi kimi qalmağa çalışır. Dünya miqyasında enerji və insan resurslarına təkbaşına nəzarət etmək niyyəti bu ölkəni bəşəriyyətə qarşı təhdid yaradan fərqli imperialist strategiyalarla çıxış etməyə vadar edir. Bundan başqa, ABŞ imperialist genişlənmə nəticəsində “Avrasiya imperatorluğu”na aparan digər bir yol kimi Yaxın Şərq, Cənub-Şərqi Asiya ölkələri və üstün demoqrafik potensiala malik olan geostrateji məkanlarda insan resurslarına nəzarət etmək planını müəyyənləşdirib. Amma aydın görünür ki, dünyanın demoqrafik balansı, eləcə də təhlükəsizlik strukturu bu cür xaotik planları istisna edir.
Beynəlxalq hüquq böhranı Vaşinqtonun yeni xaos strategiyasının tərkib hissəsi kimi
Məlumdur ki, Amerika Birləşmiş Ştatları hegemonluğunu özünün yaratdığı xaos və böhranları idarə etməyə çalışmaqla qorumağa çalışır. Təbii ki, bu istiqamətdə istifadə edilən klassik metod ayrı-ayrı zaman müddətlərində iqtisadi krizislərin yaradılması və müstəqil, güclü milli dövlətlərə qarşı siyasi-iqtisadi zərbələrin vurulmasıdır. Hətta Vaşinqton bu istiqamətdə “strateji tərəfdaş” adlandırdığı ölkələri də hədəfə almaqdan çəkinmir. Amma əsas strateji məqam budur ki, ABŞ böhran taktikasına uyğun olaraq yeni xaos planını tədricən icra edir: bu, monopoliyaya alınan beynəlxalq hüquq normalarının iflic vəziyyətinə gətirilərək yalnız məhdud maraqlara cavab verməsinin təmin olunmasıdır. Başqa sözlə, Vaşinqton beynəlxalq hüquq normalarını transmilli maraqlara xidmət edən mexanizmə çevirib. Belə olan halda, bu ölkənin beynəlxalq hüquq, insan haqları, demokratiya kimi anlayışlardan bəhs etməsi absurddur.
“Gələcək dünya nizamı ABŞ-ın hegemonluğuna şahidlik etməyəcək”
Amma bütün bunlarla yanaşı, mövcud tendensiyalar onu göstərir ki, bu nəhəng geosiyasi subyektin hegemonluğunun sonu yaxınlaşır. Elə ABŞ strateqlərinin, o cümlədən ekspertlərin də bu barədə etirafları xüsusi müzakirə predmetinə çevrilib. Bu ölkədə nəşr olunan “Foreign Affairs” jurnalında yer alan analitik məqalədə qeyd edilir ki, gələcək dünya nizamı, çox güman ki, ABŞ-ın hegemonluğuna şahidlik etməyəcək: “İkinci Dünya müharibəsi ABŞ-a qlobal hegemonluğun əsasını qoymağa əlverişli zəmin yaratdı. Bu, dünyanın ABŞ-a verdiyi geostrateji şans idi. “Soyuq müharibə” dövründə ABŞ vahid hegemonluğa gedən yolun konturlarını cızdı. Amma həmin dövrdə də xarici siyasət kursunda ciddi yanlışlıqlara yol verildi. Məsələn, “strateji tərəfdaş” kimi müəyyənləşdirildiyi deyilən hazırkı Avropa İttifaqı ilə gizli ziddiyyətlər yaradıldı. Buna səbəb Avropanın yenidən dirçəlmək istəyi idi. Amma Birləşmiş Ştatlar buna imkan verə bilməzdi, beləliklə də, Avropadan strateji tərəfdaşlığın zəif halqasını formalaşdırmaq üçün istifadə etdi. Beləliklə, SSRİ iflasa uğrayanda ABŞ Avropadan çox üstün olan vahid güc mərkəzi kimi meydana çıxdı. Amma “Soyuq müharibə”nin hegemonluq fəlsəfəsi davam etdirildi, bu isə ABŞ-ın tədricən öz üstünlüyünü itirməsinə yol açan yanlış strategiya idi”.
Qeyd edilir ki, hazırda Amerika Birləşmiş Ştatlarının xarici siyasəti əsasən anlaşılmazdır: “Bir müddət öncə yeni bazarlar və sərmayə məkanlarının axtarılması iddiası ortaya çıxmışdı. Məhz Yaxın Şərq və Şimali Afrikada həyata keçirilən əməliyyatlar bu məqsədə xidmət edirdi. Bu ərazilər nəzarətə alındı, amma bundan sonra nə olacağı bilinmir. Hər halda, Birləşmiş Ştatları qeyri-müəyyənlik gözləyir”.
Beləliklə, aydın və vahid strateji xəttin olmaması bu mərhələdə ABŞ hegemoniyasının sonunun başlanğıcı deməkdir. Hər halda, Vaşinqtonun hegemonluğun mühafizəsi üçün bəşəriyyətə qarşı təhdidlər yaradan yeni xaos strategiyalarına istinad edəcəyi gözləniləndir. Çünki bu nəhəng güc mərkəzini ayaqda saxlayan amil məhz “idarə edilən xaos” yanaşması və imperialist xarici siyasət kursudur.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

