/ / Aydın Hüseynov: V Azərbaycan-Rusiya Regionlararası Forumu ölkələr arasında əlaqələrin yüksək inkişaf zirvəsinə çatmasının təzahürüdür
Aydın Hüseynov: V Azərbaycan-Rusiya Regionlararası Forumu ölkələr arasında əlaqələrin yüksək inkişaf zirvəsinə çatmasının təzahürüdür
24.06.2014 [09:39]
“Azərbaycan-Rusiya münasibətləri kifayət qədər çoxşaxəlidir. Ölkələr arasında artan siyasi və iqtisadi təmaslar strateji xarakter daşımaqla təkcə hər iki tərəf üçün deyil, regionda sülhün və əmin-amanlığın təminatı üçün də önəmli rol oynayır. Ona görə də regionda mövcud vəziyyət iki ölkə arasında səmimi qarşılıqlı əlaqələrdən, səylərin əlaqələndirilməsindən, təhlükəsizliyin möhkəmləndirilməsi naminə fəal işləməkdən, əməkdaşlıqdan, iqtisadi və humanitar əlaqələrimizdən çox asılıdır”. Bu barədə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov ölkəmizdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumu haqqında fikirlərini bildirərkən deyib.
Aydın Hüseynov bildirib ki, V Beynəlxalq Humanitar Forumu xalqlar, millətlər, ölkələr arasında anlaşmanı, qarşılıqlı hörməti və əlaqələri daha da gücləndirən, möhkəmləndirən amil kimi dəyərləndirilə bilər: “Forumun qarşıya qoyduğu strateji məqsədlər, prioritetlər də məlumdur; elm, təhsil, mədəniyyət və digər sahələrdə mövcud olan yeniliklərin Azərbaycanda təbliği, yayılması və tətbiqini, digər tərəfdən, Azərbaycanın mövcud sahələr üzrə inkişafını stimullaşdırmaq, qazandığımız nailiyyətləri nümayiş etdirmək və bu sahələrin işini bir az da həvəsləndirməkdir. Ümumiyyətlə, Forum Rusiya ilə Azərbaycan arasında mövcud olan sıx əməkdaşlığın gələcəkdə də inkişafına dinamika yaradır. Bu, eyni zamanda, bir sıra problemlərin həlli və qarşılıqlı münasibətlərin inkişafı baxımından olduqca əhəmiyyətlidir”.
YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini deyib ki, siyasi, iqtisadi, sosial və humanitar sahələrdə keyfiyyətcə yeni xarakter alan Azərbaycan-Rusiya əlaqələri ildən-ilə dərinləşir, xüsusilə də, iqtisadi sahədə əlaqələr keyfiyyətcə yaxşılaşır, yeni sahələrdə əməkdaşlığa yol açır. Tərəflər arasında iqtisadiyyatın bir çox sahələri, o cümlədən, kənd təsərrüfatı, sənaye, neft-kimya sahəsində fəal əməkdaşlıq mövcuddur. Ölkələr arasında siyasi, iqtisadi, sosial, humanitar, mədəni, hərbi sahələr üzrə əlaqələri tənzimləyən 160 saziş imzalanıb ki, onlardan 40-ı iqtisadiyyatla bağlıdır. Hazırda Rusiya Azərbaycanın xarici ticarət dövriyyəsinin strukturunda 3-cü yeri tutur. İllik mal dövriyyəsinin həcmi təxminən 2,6 milyard dollara bərabərdir: “Ticarət əlaqələrində qeyri-neft məhsulları daha çox üstünlük təşkil edir və bu amil iki ölkə arasında iqtisadiyyatın coğrafiyasının həqiqətən çox geniş olmasına dəlalət edir. Dövlətlər arasında qarşılıqlı sərmayə qoyuluşları da ilbəil artır və investisiyalarda son illər Azərbaycanın fəallığı müşahidə edilməkdədir. Artıq respublikamız tərəfindən bu ölkəyə 1 milyard dollardan artıq sərmayə yatırılıb”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35

