Parisdə Azərbaycanın Dostları Assosiasiyası yenidən fəaliyyətə başlayıb
16.07.2014 [10:11]
İyulun 14-də Parisdə Azərbaycan mədəniyyəti mərkəzində Azərbaycanın Dostları Assosiasiyasının yenidən fəaliyyətə başlanmasına həsr olunan mərasim keçirilib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov assosiasiyanın Fransanın Azərbaycanda ilk səfiri olmuş Jan Perən tərəfindən təsis olunduğunu və diplomatın uzun müddət bu quruma rəhbərlik etdiyini bildirib. Vurğulanıb ki, son illər ölkələrimiz arasında əməkdaşlıq bütün sahələrdə inkişaf edir və münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Səfir deyib ki, ölkələrimiz arasında əlaqələrə yeni dəyərlər vermək məqsədilə Milli Assambleyanın deputatı Jan-Fransua Mansel assosiasiyanın fəaliyyətinin gücləndirilməsi təşəbbüsü ilə çıxış edib.
Fransız və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin daha da gücləndirilməsi istiqamətində hələ çox işlərin görülməsinin vacibliyini vurğulayan səfir, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kann şəhərində Azərbaycan mədəniyyəti günlərinin yüksək səviyyədə keçirildiyini xatırlayıb, assosiasiyasının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə və ölkəmizi fransızlara daha yaxından tanıtmaq istiqamətində mühüm layihələr həyata keçirəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel xalqımızın qədim tarixini, zəngin mədəni dəyərlərini fransızlara daha yaxından tanıtmaq üçün bütün imkanlardan istifadə edəcəklərini, Azərbaycan ilə bağlı Fransada təşkil olunan müxtəlif tədbirlərdə assosiasiyanın fəal iştirak edəcəyini və əməli kömək göstərəcəyini diqqətə çatdırıb. O, Kannda ikinci dəfə Azərbaycan mədəniyyəti günləri ilə bağlı müxtəlif tədbirlərin yüksək səviyyədə keçirildiyini və bu tədbirlərin istər yerli sakinlər, istərsə də şəhərin qonaqları arasında böyük maraq doğurduğunu vurğulayıb.
Sədr Azərbaycan ilə bağlı keçirilən tədbirlərin ölkələrimiz arasında əlaqələrin inkişafına yeni-yeni töhfələr verdiyini və bu tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, Azərbaycanın Cənubi Qafqazın lider və aparıcı ölkəsi kimi dünyada imici daha da yüksəlib. Tolerantlığı ilə digər ölkələrdən fərqlənən Azərbaycanda milli azlıqlarla yerli əhali arasında heç bir fərq qoyulmur, elə bu səbəbdən də digər ölkələrə əsl tolerantlıq nümunəsidir.
Jan-Fransua Mansel Azərbaycanı fransızlara daha yaxından tanıtmaq üçün onların Bakıya səfərlərinin təşkilinin, şəhərlər arasında qardaşlaşmanın vacibliyini diqqətə çatdırıb, ölkələrimiz arasında əlaqələrin genişlənməsi üçün qarşıda çoxlu işlərin görüləsi olduğunu və bu istiqamətdə əllərindən gələni əsirgəməyəcəklərini bildirib.
Sonda fransız musiqiçilərinin ifasında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının klassik əsərləri səslənib.
Xəbər lenti
Hamısına baxDünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58

