“Borsa İtaliana”: Azərbaycan Avropa üçün getdikcə daha önəmli tərəfdaşa çevrilir
02.08.2014 [11:32]
İtaliyanın “Borsa İtaliana” saytında Azərbaycan-İtaliya münasibətlərinin son durumunun təhlil olunduğu yazılar yerləşdirilib.
Məqalələrdə bildirilir ki, İtaliya hökuməti Azərbaycan ilə əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə qərar verib. Münasibətlərin siyasi və iqtisadi sahələrdə bu cür sürətli inkişafı enerji, infrastruktur, sənaye, turizm, İKT və digər sektorlarda qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradır: “Bütün bunlar Azərbaycan Prezidentinin cari ildə İtaliyaya rəsmi səfərinin məntiqi nəticəsidir. Reallıq budur ki, Azərbaycan Avropa, o cümlədən İtaliya üçün getdikcə daha önəmli tərəfdaşa çevrilir”.
Məqalələrdə vurğulanır ki, Azərbaycan multikulturalizm ənənələrinin mövcud olduğu və Mərkəzi Asiyada, Qafqazda ekstremist hərəkatların genişlənməsinə qarşı mübarizənin geniş vüsət aldığı bir ölkədir. Bu baxımdan İtaliya ilə müvafiq istiqamətlərdə birgə təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.
Portal Azərbaycan və İtaliya arasında əlaqələrdə digər vacib məqam kimi TAP layihəsini qeyd edir. “Şübhəsiz, gələcək aylarda da bu layihənin icrası iki ölkə arasında dialoqun əsas mövzusu olacaq. Hazırda enerji məsələsi Avropa, o cümlədən İtaliya üçün böyük əhəmiyyət kəsb edir. Çünki Avropanın enerji təminatının şaxələndirilməsi zərurəti yaranıb”.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunulan yazılarda bildirilir ki, Dağlıq Qarabağ ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazisidir. Bu ərazi ətraf yeddi rayonla birgə 20 ildən artıqdır Ermənistanın işğalı altındadır. Münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün halına düşüb. Rəsmi Yerevan bir çox nüfuzlu beynəlxalq təşkilatların erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına dair sənədlərinə məhəl qoymur. Azərbaycan Prezidenti İlham Əliyev və İtaliyanın Baş naziri Matteo Renzi tərəfindən qəbul edilən “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”də məhz Dağlıq Qarabağ ilə bağlı məqam da yer alır. İtaliya münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir.
Oxucuların diqqətinə çatdırılır ki, Romada dünyanın ən önəmli arxeologiya komplekslərindən biri olan Aleksandria ərazisində qazıntıların aparılmasına Azərbaycan tərəfindən maddi yardım göstərilməsi ilə bağlı sənədin imzalanması İtaliya rəsmiləri tərəfindən yüksək qiymətləndirilir. Bu addım ölkələrimiz arasında mədəni sahədə mövcud olan geniş əməkdaşlığın göstəricisidir.
Xəbər lenti
Hamısına baxDünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58

