Dövlət Sərhəd Xidmətinin “Xanoba” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib
09.08.2014 [11:08]
Avqustun 8-də Dövlət Sərhəd Xidmətinin (DSX) Xudat Sərhəd Dəstəsinin yeni inşa olunan “Xanoba” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 95 illik yubileyi ərəfəsində istifadəyə verilən sərhəd zastavası kompleksinin açılış mərasimində Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, hərbi hissənin şəxsi heyəti və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə bildirilib ki, “Xanoba” sərhəd zastavası kompleksində şəxsi heyət üçün yüksək səviyyəli xidməti döyüş şəraiti yaradılıb. Buraya əsgərlər üçün lazımı məişət şəraiti olan yataqxana, yeməkxana, istirahət, təlim və digər təyinatlı otaqlar, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana, zabit və gizirlər üçün mebel avadanlıqları ilə təmin edilən yaşayış evləri, idman meydançaları, avtomobillərin texniki sazlığının yoxlanması və təmir edilməsi üçün qarajlar və digər tikililər daxildir.
Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev mərasimdə çıxış edərək Vətənimizin sərhədlərinin mühafizəsinə göstərilən diqqət və qayğıdan, Dövlət Sərhəd Xidmətində gedən dinamik inkişafdan, əldə olunmuş uğurlardan danışıb. Bildirilib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli sərhəd siyasəti bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin zastava və məntəqələrində tikinti-quruculuq işləri, yeni sərhəd infrastrukturunun yaradılması prosesi geniş vüsət alıb.
Mərasimdə digər çıxış edənlər də dövlətimizin sərhəd mühafizəsinə göstərdiyi diqqət və qayğı sayəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının xeyli möhkəmləndiyini və Azərbaycan sərhədlərinin etibarlı mühafizəsinin təmin olunduğunu qeyd ediblər.
Tədbirdə xidmət zamanı fərqlənən sərhədçilərə medallar və qiymətli hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30

