Regionlarda qadınların ictimai-siyasi fəallığının artırılması diqqət mərkəzindədir
22.08.2014 [09:44]
Avqustun 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yeni Azərbaycan Partiyası (YAP) ilə birgə Zərdabda qadınların ictimai-siyasi fəallığının artırılması məsələsinə həsr olunmuş regional tədbir keçirib.
AzərTAc xəbər verir ki, Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil edilən, Zərdab, Ucar, Ağdam, Bərdə, Tərtər və Fizuli rayonlarının hər birindən 10 nəfər fəal qadının qatıldığı tədbirdə ölkəmizdə müstəqilliyin bərpasından sonra qadınların ictimai-siyasi fəallığının artırılması istiqamətində görülən işlərdən danışılıb, bu sahədə qarşıda duran vəzifələr geniş müzakirə edilib.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova çıxış edərək dövlət müstəqilliyinin bərpasından sonra qadınların ölkənin, o cümlədən hər bir bölgənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallığının artırılması sahəsində Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlərdən söhbət açıb. Bildirib ki, Ulu öndərin bu sahədə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli Fərmanı xüsusi əhəmiyyət kəsb edib.
Regional tədbirin iştirakçıları Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gördüyü böyük işlərdən geniş bəhs ediblər. Qeyd edilib ki, qadınların fəallığı nəticəsində təkcə ötən bələdiyyə seçkilərində ölkə üzrə qadın bələdiyyə üzvlərinin sayı 4 faizdən 20 faizə çatıb.
Bu gün qadınların ölkə həyatında fəal rolundan danışan tədbir iştirakçıları bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin hər bir qadın üçün örnək olduğunu vurğulayıblar. Qeyd olunub ki, bu gün xalqımızın haqq səsinin, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin və incəsənətimizin dünyaya tanıdılmasında Azərbaycanın birinci xanımının xidmətləri əvəzsizdir.
Tədbirdə, həmçinin, qadınların həyatımızın bütün sahələrindəki fəal rolundan, ölkəmizin hərtərəfli inkişafında daha yaxından iştirak etmələrindən, bu sahədə onlara qayğı və diqqətin daha da artırılmasından geniş bəhs edilib.
Xəbər lenti
Hamısına baxSosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22

