Pakistan mətbuatı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətindən bəhs edir
26.08.2014 [09:34]
Pakistanın nüfuzlu “Pakistan Observer” qəzeti, “DNA News” informasiya agentliyi və “Centreline” jurnalı tanınmış jurnalist Həmid Şahinin “Mehriban Əliyeva: Kədəri sevincə çevirən insan” adlı məqaləsini yayıb.
Müəllif oxucuları Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti haqqında məlumatlandırır.
Yazıda Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyətinə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondu vasitəsilə başladığı qeyd edilir. Bildirilir ki, birinci xanım 2004-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fondun prezidenti vəzifəsinə təyin olunduqdan sonra bu fəaliyyətini daha da genişləndirib.
Məqalədə mədəniyyət, idman sahələrinin inkişafının Fondun prioritet istiqamətlərindən biri olduğu qeyd edilir, bu sahələrdə görülən işlərdən bəhs edilir. Həmçinin uşaq problemlərinin həllinin də Fondun diqqət mərkəzində olduğu vurğulanır, bu təşkilat tərəfindən yüksək standartlara cavab verən məktəblərin, xəstəxanaların tikildiyi bildirilir.
Müəllif Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir çox ölkələrdə uşaq və ahıl evlərinə maddi və mənəvi yardımlar edildiyini, əlil uşaqların cəmiyyətə inteqrasiyası üçün yay düşərgələrinin təşkil olunduğunu, qanvermə aksiyalarının həyata keçirildiyini diqqətə çatdırır.
Azərbaycanda bütün dinlərin nümayəndələrinin sülh və dostluq şəraitində yaşadıqlarını bildirən jurnalist Heydər Əliyev Fondunun prezidentinin dinlərarası dialoq mövzusunda keçirilmiş bir çox beynəlxalq konfransların təşəbbüskarı olduğunu yazır. O, əlavə edir ki, Mehriban Əliyeva, həmçinin Azərbaycanda bir sıra müsəlman, katolik və ortodoks dini məbədlərinin yenidən qurulması və bərpasının təşəbbüskarıdır.
“Eurovision-2012”nin Bakıda keçirildiyi xatırlanan məqalədə Azərbaycana gəlmiş çoxsaylı insanların xalqın qonaqpərvərliyindən, bu mötəbər müsabiqənin yüksək səviyyədə təşkil olunmasından çox razı qaldıqları, Bakının gözəlliyinə heyran olduqları bildirilir. Jurnalist “Eurovision-2012”nin keçirilməsi ilə bağlı Təşkilat Komitəsinə Mehriban Əliyevanın rəhbərlik etdiyini xatırladır.
H.Şahin, həmçinin məqalədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistanda səhiyyə, təhsil və humanitar sahələrdə həyata keçirilən layihələrdən ətraflı bəhs edir. O vurğulayır ki, bütün bu işlər dost və qardaş ölkələr olan Azərbaycan ilə Pakistan arasında münasibətlərin daha da güclənməsinə xidmət edir.
Yazıda dünya mədəni irsinin qorunub saxlanılması istiqamətində gördüyü işlərə görə Azərbaycanın birinci xanımının bir sıra dövlətlərin yüksək mükafatları ilə təltif olunduğu vurğulanır.
Xəbər lenti
Hamısına baxDünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44

