Azərbaycanın birinci xanımı Mehriban Əliyeva doğum gününü uşaqlarla birlikdə qeyd edib
27.08.2014 [09:35]
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva doğum gününü uşaqlarla birlikdə qeyd edib.
AzərTAc xəbər verir ki, avqustun 26-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün şənlik keçirilib.
Tədbirdə uşaq evləri və internat məktəblərindən, Daun Sindromlu Şəxslərin Assosiasiyasından gəlmiş 400-ə yaxın uşaq iştirak edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Arzu Əliyevanın da iştirak etdikləri tədbirdə Azərbaycanın birinci xanımı ətrafına toplaşmış uşaqların sevincini bölüşüb, onlarla səmimi söhbət edib. Bununla da xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını, müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətlərinə çevirən Heydər Əliyev Fondunun prezidenti paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə növbəti dəfə unudulmaz bir gün yaşadıb. Tədbirdə balacalar üçün qurulan, əsl bayram ab-havası yaradan dekorasiyalar uşaqların əhval-ruhiyyəsini daha da yüksəldib. Uşaqlar müxtəlif rəqslər və mahnılar ifa ediblər.
Balacalar yalnız uşaqlara xas olan qayğısızlıqla ətrafdakılarla öz sevinclərini bölüşüblər. Bu təbəssümü isə onlara Mehriban Əliyeva bəxş edib. Fondun təşkil etdiyi növbəti xeyriyyə aksiyası sayəsində uşaqlar daha bir mənalı və yaddaqalan gün yaşayıblar.
Azərbaycanın birinci xanımının rəhbərliyi ilə Heydər Əliyev Fondu yarandığı gündən indiyədək çoxlu sayda humanitar layihələr həyata keçirib. Fondun fəaliyyət proqramına təhsil, səhiyyə sahələri, uşaq evləri və internat məktəblərinin maddi-texniki təchizatı, ictimaiyyətin bu prosesdə iştirakının fəallaşdırılması sahəsində işlər daxildir. Fəaliyyətində “Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə də azdır” şüarını əsas götürən Mehriban Əliyevanın xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum, kimsəsiz uşaqlara qayğı missiyasına uyğun olaraq Bakı şəhərinin internat məktəbləri və uşaq evləri üzrə hazırlanan proqram bu istiqamətdə həyata keçirilən ən mühüm tədbirlərdəndir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqlarla birgə rəqs ediblər.
Tədbirdə uşaqların istedadlarını nümayiş etdirmələri üçün xüsusi guşələr də yaradılıb.
Balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını canlandıran personajlar, səhnəciklər, oynaq, şux mahnılar, rəqslər tədbiri daha da rəngarəng edib.
Şənlikdə uşaqlara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxSosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10

