/ / Martsis Auzinş: İstərdik ki, Latviya ali məktəbində oxuyan azərbaycanlı tələbələrin sayı daha çox olsun
Martsis Auzinş: İstərdik ki, Latviya ali məktəbində oxuyan azərbaycanlı tələbələrin sayı daha çox olsun
04.09.2014 [09:31]
Latviya Dövlət Universiteti (LDU) ilə Bakı Dövlət Universiteti (BDU) arasında əməkdaşlıq haqqında üç il bundan əvvəl imzalanmış müqaviləyə görə, iki ali məktəb arasında təcrübə mübadiləsi, tələbə və professor-müəllim heyəti mübadiləsi nəzərdə tutulur.
LDU-nun rektoru Martsis Auzinş AzərTAc-ın müxbirinə müsahibəsində Azərbaycan ali məktəbləri ilə LDU-nun elmi əməkdaşlığı barədə söhbət açıb.
Rektor deyib: “Bakıda səfərdə olduğum müddətdə BDU-nun elmi kitabxanasında İkinci Dünya müharibəsinə qədər Bakıdakı Latviya diasporunun fəaliyyətindən bəhs edən “XX əsrin əvvəlində Latviya-Azərbaycan mədəni-tarixi əlaqələri” mövzusunda geniş ekspozisiya təşkil edildi.
XX əsrin əvvəlində Bakıda 100 nəfərə yaxın məşhur üzvü olan Latış Cəmiyyətinin fəaliyyət göstərdiyini biləndə mən, sözün yaxşı mənasında heyrətləndim. Tanınmış latış yazıçıları Ernest Birzniyeks-Upitis, Pavils Rozitis, Yanis Vaynovskis, Auqusts Bertse, rəssam və yazıçı Yanis Yaunsudrabinş, diplomat Antons Balodis, Bakı Opera Teatrının dirijoru, dahi latış bəstəkarı Yazeps Medinş, memar Ervins Paumbats və başqaları həmin cəmiyyətin üzvləri idi”.
M.Auzinşin sözlərinə görə Latviya Dövlət Universiteti Azərbaycan Dövlət İqtisad Universiteti ilə də fəal əməkdaşlıq edir. Latviyalı rektor deyib: “Keçən il aprel ayında Latviya Prezidenti A.Berzinşin Azərbaycana səfərində onu müşayiət edən nümayəndə heyətinin tərkibinə mən də daxil edilmişdim”.
O qeyd edib ki, bu gün Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına daxil edilmiş LDU-nun strateji planının mahiyyəti xarici tələbələrin sayını artıraraq 10 faizə çatdırmaqdan ibarətdir. Avropa ölkələrində demoqrafik problemlərlə əlaqədar tələbələrin sayı daim azaldığına görə əcnəbi tələbələrin cəlb edilməsi bu uyğunsuzluğu tənzimləməyə, habelə universitetin beynəlxalq mühitini zənginləşdirməyə imkan verəcək.
LDU-nun Beynəlxalq Əməkdaşlıq Departamentinin məlumatına görə, universitetin Müasir dillər və biznes, beynəlxalq iqtisadiyyat və kommersiya diplomatiyası fakültələrində cəmi üç azərbaycanlı tələbə təhsil alır.
M.Auzinş diqqətə çatdırıb ki, LDU QS reytinqinə görə dünyanın ən yaxşı ali məktəbləri sırasına daxildir. Latviyanın bu ən iri dövlət ali məktəbi dünyanın ən yaxşı universitetlərinin “QS World University Rankings” reytinqinə ilk dəfə 2013/2014-cü dərs ilində daxil edilib.
LDU-nun rektoru Martsis Auzinş Bakı haqqında təəssüratlarını bölüşərək deyib: “Günəşli Azərbaycanın paytaxtında bir neçə dəfə olmuşam. Bu qonaqpərvər şəhər hər dəfə mənə çox xoş təsir bağışlayır”.
Xəbər lenti
Hamısına baxSiyasət
26 May 23:30
Sosial
26 May 23:19
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55

