Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının iclası keçirilib
18.09.2014 [09:53]
Mətbuat Şurasının şikayətlər üzrə komissiyası növbəti iclasını keçirib.
Şura sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlunun rəhbərlik etdiyi komissiya 4 məsələni araşdıraraq müvafiq rəylər çıxarıb.
Şuradan AzərTAc-a bildirilib ki, əvvəlcə Gəncə Dövlət Universitetinin tarix-coğrafiya fakültəsinin dekanı Həsənbala Sadıqovun “M-Media.az” saytı ilə bağlı müraciətinə baxılıb. Şikayətçinin və cavabdeh tərəfin nümayəndəsi, narazılıq doğuran yazının müəllifi Mehriban Əzizqızının məsələ barədə mövqeyi müəyyənləşdirildikdən sonra komissiya üzvlərinin fikir və mülahizələri səslənib. Komissiya belə bir rəyə gəlib ki, həmin materiallarda sivil jurnalistikanın tələblərinə tam etinasız yanaşılıb. Yazıda H.Sadıqovun şərəf və ləyaqəti, işgüzar nüfuzu təhqirlərə məruz qalıb. Komissiya üzvləri məqalədə qəzəbin, qərəzin, məqsədyönlü təqdimatın özünü qabarıq büruzə verdiyi rəyinə gəliblər.
Bütün bunların yolverilməzliyi M.Əzizqızının nəzərinə çatdırılsa da o, iradlarla razılaşmayıb, məsələnin hüquqi müstəvidə də araşdırılmasına hazır olduğunu deyib. Komissiyanın rəyində jurnalist etikasına bu cür yanaşmanın “M-Media.az” xəbər portalının qüsurlu fəaliyyətindən irəli gəldiyi ifadə olunub. Sayta Mətbuat Şurasının ciddi xəbərdarlığı elan edilib. Şikayətçiyə isə tövsiyə olunub ki, məsələ hüquqi müstəvidə də araşdırıla bilər.
Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “Avtomobil Yük Daşımalarının Təşkili” MMC-nin “Rakurs” qəzetindən şikayətinin müzakirəsi bu kütləvi informasiya vasitəsinə Mətbuat Şurasının xəbərdarlığının olunması ilə yekunlaşıb. Bildirilib ki, mətbu nəşrin rəhbərliyi şikayət doğuran materialda öz maraqları ilə bağlı məsələni qaldırmaqla vəzifə səlahiyyətindən sui-istifadə edib. Eyni zamanda, yazıda balansla yanaşı, etik prinsiplərin digər tələbləri də gözlənilməyib.
Komissiya şikayətçi tərəfə tövsiyə edib ki, ictimai rəyi narahat edən bu kimi məsələlərlə bağlı mətbu çıxışlara diqqətlə yanaşsın, məsələnin mahiyyətinə aydınlıq gətirsin.
Beyləqan rayon Təhsil Şöbəsinin “yeniaxtaris.az” saytı ilə bağlı müraciəti əsasında çıxarılan rəydə də cavabdeh tərəfə mətbu yazılarda etik prinsiplərin tələblərinin gözlənilməsi tövsiyə olunub. Saytın nəzərinə çatdırılıb ki, şöbə rəhbərliyi barədə yayımlanmış bəzi materiallarda təhqir elementləri, reallığa söykənməyən məqamlar yer alıb. Sayt gələcək fəaliyyətində bu kimi halların təkrarına yol verməməlidir.
İclasda bəzi KİV-lərdə tanınmış insanların adlarının əsassız kriminal xarakterli yazılarda qabardılmasından narahatlıq ifadə olunub. Birinci qrup Qarabağ müharibəsi əlili, məcburi köçkün Lazım Əliyev də Şuraya müraciətində mediada bu tipli materialların təqdimatına etirazını bildirib.
Mətbuat Şurası məsələ ilə bağlı müvafiq tədbirlər görüb, gələcəkdə bu tipli yazıların təkrar olunmaması üçün KİV-lərə tövsiyəsini verib.
Xəbər lenti
Hamısına baxHadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31

