Ölkəmizdə qadınlar cəmiyyətin bütün sahələrində aktiv rol oynayırlar
18.09.2014 [09:55]
Samux rayonunda qadınların ictimai-siyasi fəallığının artırılması sahəsində qarşıda duran vəzifələrə həsr olunmuş elmi-praktik konfrans keçirilib
Sentyabrın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə elmi-praktik konfrans keçirilib. Konfransda qadınların ictimai-siyasi fəallığının artırılması sahəsində qarşıda duran vəzifələr müzakirə edilib.
Konfransı giriş sözü ilə açan Samux rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Samux rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Xəlilova rayonun ictimai-siyasi həyatında qadınların rolu, onların fəaliyyətinə yaradılan şərait barədə danışıb.
Sonra çıxış edən YAP Samux rayon təşkilatının Aparat rəhbəri Sevinc Xəlilova bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkə qadınlarının qarşısında yeni məqsəd və vəzifələr dururdu. Belə bir şəraitdə qadınların dövlət idarəetmə sistemində lazımi səviyyədə təmsil olunması üçün Ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli Fərmanı müvafiq istiqamətdə mühüm dövlət sənədi oldu.
Vurğulanıb ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması qadınlarımızın ictimai-siyasi həyatda fəallığının artırılmasına təkan verib. Bu il ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində qadınların rolundan danışan S.Xəlilova bildirib ki, məqsədimiz qadınların seçkilərdə fəallıq nümayiş etdirmələri, bələdiyyə üzvü olan qadınların sayının daha da artmasına nail olmaqdır.
Konfransda çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə qeyd edib ki, bələdiyyə seçkilərində qadınların fəallığı nəticəsində ölkə üzrə qadın bələdiyyə üzvlərinin sayı 4 faizdən 20 faizə çatıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin qadınlara örnək olduğunu vurğulayan A.Həsənzadə xalqımızın milli-mənəvi dəyərlərinin, mədəniyyətimizin və incəsənətimizin bütün dünyada təbliğində onun xidmətlərinin əvəzsiz olduğunu bildirib.
Konfransda çıxış edən YAP Samux rayon təşkilatı Qadınlar Şurasının üzvü Raziyə Orucova, Çobanabdallı kənd bələdiyyəsinin sədri Svetlana Aslanova, Heydər Əliyev Mərkəzinin elmi işçiləri - İradə Məmmədova və Raziyə Əsədova, fəal qadınlardan Nərgiz Bədəlova qadınların ictimai-siyasi fəallığının artırılması istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıblar. Bildirilib ki, Azərbaycanda da qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən ölkənin ictimai-siyasi həyatında aktiv rol oynaması vacib məqamlardandır və bu bizim gələcək inkişafımız üçün çox önəmlidir.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59

