Baş nazirin müavini Əli Həsənov Yasamal və Abşeron rayonlarında məcburi köçkünlərlə görüşüb
26.09.2014 [09:39]
Sentyabrın 25-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Yasamal rayonu ərazisindəki Qanlı göl ətrafında məskunlaşan və sentyabrın 8-də səhər saatlarında Abşeron rayonunun Xırdalan şəhərindəki tikintisi yarımçıq qalmış beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində evləri dağılmış məcburi köçkün ailələri üçün müvəqqəti olaraq ərazidə Fövqəladə Hallar Nazirliyi tərəfindən quraşdırılmış çadırlarda yerləşdirilmiş məcburi köçkünlərlə görüşüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, əvvəlcə Qanlı göl ətrafında məskunlaşan məcburi köçkünlərlə görüşən Əli Həsənov Bakı şəhərinin baş planına əsasən bu ərazinin də tam abadlaşdırılması nəzərdə tutulduğundan burada məskunlaşan məcburi köçkünlərin yaxın günlərdə onlar üçün Yasamal rayonu ərazisində tikilmiş binaya köçürüləcəklərini diqqətə çatdırıb.
Məcburi köçkünlərlə görüşdə, həmçinin onların bir sıra problemləri dinlənilib, narahatlıq doğura biləcək məsələlərə hərtərəfli aydınlıq gətirilib.
Baş nazirin müavini Əli Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə kifayət qədər diqqət və qayğı göstərir, onların problemlərinin həlli istiqamətində ardıcıl olaraq müvafiq qərarlar qəbul edilir.
Görüşdə əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları da iştirak ediblər.
Sonra Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Abşeron, Qubadlı, Zəngilan, Füzuli və Cəbrayıl rayon icra hakimiyyətlərinin başçıları ilə birlikdə Xırdalan şəhəri ərazisində FNH tərəfindən qurulmuş çadırlardakı vəziyyətlə yerində tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.
Əli Həsənov, həmçinin qeyd edib ki, hazırda partlayış olan binanın iki blokunda təmir-bərpa işləri davam etdirilir. Tezliklə həmin iki blokdan köçürülən məcburi köçkünlər öz yerlərinə qaytarılacaqlar. Partlayış nəticəsində tam yararsız hala düşmüş digər bir blokun sakinləri isə yaxın vaxtlarda yeni mənzillərlə təmin olunacaqlar.
Baş nazirin müavini Əli Həsənov onların nəzərinə çatdırıb ki, baş vermiş hadisə nəticəsində yaranmış vəziyyət ilk gündən Prezident İlham Əliyevin diqqət mərkəzindədir.
Qeyd edək ki, ərazidə tibb məntəqəsi, yeməkxana və digər zəruri xidmət məntəqələrinin normal fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb, onlar zəruri avadanlıqla təchiz ediliblər. Məcburi köçkünlərin gündəlik tələbat mallarına ehtiyaclarının təmin olunması üçün müvafiq tədbirlər həyata keçirilib. Həmçinin onlar gündə üç dəfə isti yeməklə və digər zəruri ərzaq məhsulları ilə, yataq dəstləri ilə, digər avadanlıqla da təmin ediliblər.
Məcburi köçkünlər baş vermiş bu faciəvi hadisə ilə əlaqədar yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində dərhal və operativ surətdə atılan addımlara görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxAnalitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59

