/ / Aslan Aslanov: Bakı Forumu müasir dünyamızı düşündürən qlobal məsələlərin müzakirəsi üçün nadir məkandır
Aslan Aslanov: Bakı Forumu müasir dünyamızı düşündürən qlobal məsələlərin müzakirəsi üçün nadir məkandır
04.10.2014 [10:47]
Bakı Beynəlxalq Humanitar Forumu qlobal dünyamızı düşündürən bir sıra ictimai-siyasi məsələlər, çağırışlar, yeni meyillər, yeni tendensiyalar barədə ətraflı müzakirələr aparmaq, yeni fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, o cümlədən fikir, təcrübə mübadiləsi aparmaq üçün nadir məkandır.
Bu fikirləri Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc-ın Baş direktoru Aslan Aslanov jurnalistlərə müsahibəsində deyib.
Bakı Beynəlxalq Humanitar Forumunun əhatə dairəsinin və miqyasının ildən-ilə daha da genişləndiyini bildirən Aslan Aslanov budəfəki tədbirdə dünyanın 60-dan çox ölkəsindən çox böyük nümayəndə heyətlərinin iştirak etdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqində də, bir sıra xarici ölkələrin sabiq prezidentlərinin məruzələrində də, Nobel mükafatı laureatlarının çıxışlarında da Forumun fəaliyyətinə çox yüksək qiymət verilib.
Bakı Beynəlxalq Humanitar Forumunun hətta Davos İqtisadi Forumu ilə müqayisə olunduğunu vurğulayan Aslan Aslanov deyib: “Bakı Forumu dünyanın bütün qitələrində böyük rəğbət qazanıb. Bunu görkəmli dövlət xadimlərinin, siyasətçilərin, elm adamlarının Forumdakı çıxışları da təsdiqləyir. Onlar bildirirlər ki, Bakı Beynəlxalq Humanitar Forumuna artıq dünyada böyük maraq yaranıb”.
Forumun media ilə bağlı “dəyirmi masa”sının AzərTAc-ın təşkilatçılığı ilə keçirilməsinin ənənə halını aldığını diqqətə çatdıran Baş direktor dünyanın bir çox ölkələrindən dostlar qazandıqlarını bildirib: “Onların arasında Avstriyanın xəbər agentliyi, eləcə də İtaliyadan, Serbiyadan, Xorvatiyadan, Qazaxıstandan, ABŞ-dan, Yaponiyadan qonaqlarımız var. Bizim “dəyirmi masa”da mötəbər kütləvi informasiya vasitələrinin rəhbərləri, mətbuat sahəsində böyük nüfuzu olan insanlar iştirak edirlər”.
Dünyamızın çox sürətlə dəyişdiyini, yüksək texnologiyaların həyatın bütün sahələrinə nüfuz etdiyini söyləyən A.Aslanov qeyd edib ki, bu proses mediadan da yan keçməyib. Bu gün ənənəvi media ilə sosial media arasında ciddi rəqabət gedir. Müasir dövrümüzdə jurnalistikanın yeni bir sahəsi yaranıb və bunu inkar edə bilmərik. Sosial media demək olar ki, həyatımızın bütün sahələrinə daxil olur, öz yerini möhkəmləndirir. Bugünkü “dəyirmi masa”da da bununla bağlı ciddi müzakirələr gedir.
Baş direktor əmin olduğunu bildirib ki, sosial media və ənənəvi media öz problemlərini yüksək səviyyədə həll edəcək, cəmiyyət, insan həyatı və bəşəriyyət naminə gərəkli fəaliyyətlərini birlikdə davam etdirəcəklər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30

