Mübariz Qurbanlı: Yeni Azərbaycan Partiyası seçkilərə həmişə hazır olan partiyadır
16.10.2014 [09:33]
“Yeni Azərbaycan Partiyası seçkilərə həmişə hazır olan partiyadır. Partiyamızın bütövlükdə seçki ilə bağlı fəaliyyəti həmişə müsbət nəticələr verib. Yerli strukturlarımız da seçki hazırlığı ilə bağlı mütəmadi olaraq fəaliyyət göstərməkdədir. Məşhur bir deyim var ki, “seçki kampaniyasına seçki bitən günün səhərisi başlamaq lazımdır”. Yəni bu prosesdə seçkidən seçkiyə deyil, daim seçki hazırlığı ilə bağlı işlər görülməlidir”. Bu fikirləri yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, YAP seçki məsələlərində ölkədəki istənilən siyasi partyalardan müqayisəedilməz dərəcədə böyük təcrübəyə malikdir. Onun sözlərinə görə, YAP-ın seçki taktikasının ən mühüm xüsusiyyətlərindən biri odur ki, bu taktikada müasirlik önəmli yerlərdən birini tutur. Belə ki, müasir dünyada ayrı-ayrı ölkələrin seçki təcrübəsi öyrənilir və həmin təcrübədən səmərəli istifadə olunur.
“Biz ötən il ölkədə cənab İlham Əliyevin yüksək səviyyədə keçirilən seçki kampaniyasında iştirak etdik. Partiyamızın lideri ötən ilin oktyabrında keçirilən prezident seçkilərində xalqın böyük dəstəyini qazandı. Təbii ki, bu kampaniyadan sonra qarşımızda bələdiyyə seçkilərinə hazırlıq dayanırdı, növbəti ildə isə parlament seçkiləri keçiriləcək. Bəzi siyasi təşkilatlar isə seçki hazırlığını məhdud çərçivədə həyata keçirdikləri üçün uğursuzluğa düçar olurlar. Bunu da ört-basdır etmək üçün müxtəlif uydurmaları gündəmə gətirirlər” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
M.Qurbanlı qeyd edib ki, YAP-ın gücü Ümummilli liderimiz Heydər Əliyevin ideyalarının daşıyıcısı olmasındadır, bu ideyalar və onun müəyyən etdiyi prinsiplər yalnız partiyamıza deyil, xalqımıza xas olan ideyalardır. Yeni Azərbaycan Partiyasının gücünü, həmçinin, Prezident İlham Əliyev kimi liderinin olması ilə əlaqələndirən M.Qurbanlının fikrincə, YAP-ın peşəkar kadr potensialı da bu məsələdə ciddi rol oynayır. Azərbaycanda güclü dövlətçilik prinsiplərinin mövcud olduğunu qeyd edən YAP İcra katibinin müavini deyib ki, bu prinsiplərə söykənən partiyamızın seçkilərdə uğur qazanması təbiidir.
“Bilirsiniz ki, partiya rəhbərliyi tərəfindən bələdiyyə seçkilərinə hazırlıqla bağlı müvafiq tapşırıqlar verilib. Qanunvericiliyə uyğun olaraq seçki hazırlığı işləri davam etməkdədir. Seçkilərdə gənclərin və qadınların namizədliyinə üstünlük verilməsi nəzərdə tutulur. Bütövlükdə, YAP-n İcra Katibliyi, İdarə Heyəti və Siyasi Şurası müəyyən edilmiş vəzifələri yerinə yetirmək üçün bütün səylərini səfərbər edib. Biz bələdiyyə seçkilərində böyük uğur qazanacağımıza inanırıq” - deyə, M.Qurbanlı vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37

