Siyavuş Novruzov: Azərbaycan Konstitusiyası Ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir
13.11.2014 [09:58]
“Hər bir dövlət üçün Konstitusiya ən mühüm hüquqi sənəddir. 12 noyabr 1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyası Ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Müstəqil Azərbaycanın ilk milli Konstitusiyası Heydər Əliyevin təşəbbüsü ilə və Onun rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq ümumxalq səsverməsinə çıxarıldı. Xalqımız Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanı dəstəklədi”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir.
“Konstitusiyanın qəbulu ilə hüquqi dövlət quruculuğu prosesi başladı. Və Konstitusiyanın prinsipləri əsasında müstəqil dövlətimizin qanunları qəbul edildi. Bununla da, ölkəmizin inkişafının prinsipcə yeni mərhələsi başlandı. Əsas qanun hakimiyyət bölgüsünü müəyyən etdi, eləcə də demokratik seçki sistemi formalaşdırıldı. Xüsusilə, bu sənəd siyasi sistemin mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir. Azərbaycan Konstitusiyasının inkişaf etmiş dövlətlərin konstitusiyaları ilə müqayisədə kifayət qədər mütərəqqi hesab edilə biləcək müddəaları mövcuddur. Konstitusiyamızın insan hüquqlarının səmərəli müdafiəsinə yönəlmiş ümumi müddəaları ilə yanaşı, onun ən böyük hissəsi olan “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” fəslində müasir demokratik cəmiyyətdə təmin edilməsi zəruri olan bütün insan hüquqları və əsas azadlıqlar, onların reallaşdırılmasının ümumi mexanizmləri, həmçinin ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuni məhdudlaşdırılmasının yol verilən həddi təsbit edilib. Təsadüfi deyil ki, əsas qanunun üçdə ikisi insan hüquq və azadlıqlarına həsr olunub. Bu, onu göstərir ki, dövlətimiz insan hüquqlarının qorunmasına ali prinsip kimi yanaşır. Ümumiyyətlə, 12 noyabr-Konstitusiya Günü Azərbaycanın ən mühüm dövlət bayramlarından biridir. Mən bu bayram münasibətilə bütün xalqımızı təbrik edirəm” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

