“İnformasiya cəmiyyəti: sosial şəbəkələr və milli mənəvi dəyərlərimiz”
18.12.2014 [10:22]
YAP-ın Ailə, qadın məsələləri komissiyası bu mövzuda tədbir keçirib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Ailə, qadın məsələləri komissiyası 132-134 №-li Təhsil Kompleksində “İnformasiya cəmiyyəti: sosial şəbəkələr və milli mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirib. Tədbiri giriş sözü ilə açan Təhsil Kompleksinin direktoru Sara Xanlarova mövzunun aktual olduğunu bildirib. Onun fikrincə, yetişən nəsil informasiya texnologiyalarını yüksək səviyyədə mənimsəyir. Eyni zamanda, təhsil proqramında da bu sahənin tədrisinə xüsusi diqqət yetirilir.
Çıxış edən komissiyanın sədri, YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva da mövzunun böyük əhəmiyyət kəsb etdiyini bildirib. Hazırda bütün dünyada informasiya texnologiyalarının cəmiyyət həyatında mühüm rol oynadığını deyən N.Əliyeva Azərbaycanda da informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, hər hansı dövlətin, cəmiyyətin inkişafı İKT-siz mümkün deyil: “Bu gün xüsusilə gənc nəsil internetdən, sosial şəbəkələrdən istifadə edirlər. Amma yaxşı olar ki, gənclər internetin faydalı tərəflərindən istifadə etsinlər. Bununla da, onlar biliklərini, dünyagörüşlərini, dünyada baş verən dəyişikliklərlə bağlı məlumatlarını artıra bilirlər. Lakin təəssüf ki, internetin, sosial şəbəkələrin zərərli tərəfləri var. Ona görə də, təhsil müəssisələri, ailələr bu məsələyə xüsusi diqqət yetirməlidirlər”.
N.Əliyeva qeyd edib ki, həm ailədə, həm də təhsil müəssisələrində gənclər kompüter və mobil telefonlar vasitəsilə internetə daha çox vaxt ayırırlar. Onun sözlərinə görə, artıq internet gənclər üçün həyat amilinə çevrilib: “Mən də təhsil müəssisəsinin rəhbəriyəm və müşahidə edirəm ki, dərslərdə fasilə zamanı tələbələrin əksəriyyəti telefon vasitəsilə internetlə məşğul olurlar, amma mütaliəyə az maraq göstərirlər. Sözsüz ki, bu yaxşı hal deyil. İnternetin faydalı tərəflərindən istifadə olunmalıdır, valideynlər, müəllimlər bunu gənclərə təbliğ etməlidirlər”.
Bu gün Azərbaycanın sürətlə inkişaf etdiyini deyən YAP Qadınlar Şurasının sədri bu inkişafın gənclər üçün geniş imkanlar yaratdığını bildirib. N.Əliyeva Azərbaycan xalqının zəngin milli mənəvi dəyərlərə sahib olduğunu xatırladaraq bu dəyərlərimizin qorunaraq gələcəyə ötürülməsinin vacibliyini də qeyd edib. Onun fikrincə, xalqımızı dünyada fərqləndirən əsas məqamlardan biri məhz zəngin dəyərlərimizdir. N.Əliyeva qeyd edib ki, gənclərimiz milli mənəvi dəyərlərimizə sadiq olmalı, onun gələcəyə ötürülməsində fəal rol oynamalıdır. Komissiya sədri təlim-tərbiyə baxımından 132-134 saylı Təhsil Kompleksinin nümunəvi təhsil müəssisəsi olduğunu, Azərbaycanın bir sıra tanınmış şəxslərinin bu məktəbin yetirmələri olduğunu diqqətə çatdırıb.
Daha sonra internet üzrə ekspert Osman Gündüz müasir dövrdə informasiya cəmiyyətinin üstünlükləri, eləcə də zərərli tərəfləri barədə tədbir iştirakçılarına geniş məlumat verib. O qeyd edib ki, hansısa cəmiyyəti internetsiz təsəvvür etmək olmaz: “Əgər internetdən imtina etmiş olsaq, onda biz ətraf ölkələrdən inkişaf baxımından geri qala bilərik. Çünki İKT-siz inkişaf yoxdur. Buna görə də, Azərbaycan hökuməti internetin inkişafı ilə bağlı 3 illik proqram üçün 400 milyon manat vəsait ayırıb. Bu, çox böyük rəqəmdir, başqa ölkələrin həsəd apara biləcəyi göstəricidir. Bu proqram nəticəsində hər bir ev genişzolaqlı internetlə təmin olunmalıdır”.
Bununla belə, O.Gündüz internetin fəsadlarının da olduğunu, gənclərin ondan istifadəsinə nəzarət edilməsinin zəruriliyini vurğulayıb. Onun fikrincə, bu nəzarət, ilk növbədə, ailədə və məktəbdə təmin edilməlidir.
Tədbirdə, həmçinin, komissiyanın üzvü, YAP Siyasi Şurasının üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı, YAP Yasamal rayon təşkilatı Qadınlar Şurasının sədri Tamilla Şahbazova, Ombudsman Aparatı mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli və Milli Məclis Aparatının şöbə müdiri Adilə Abbasova çıxış edərək mövzu haqqında fikirlərini bildiriblər.
Tədbirdə, həmçinin, 132-134 №-li Təhsil Kompleksinin şagirdlərinin ifasında konsert proqramı təqdim edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30

