Nərimanov rayonunda seçkilər demokratik şəraitdə keçirilib
24.12.2014 [09:59]
23 dekabr - bələdiyyə seçkiləri seçicilərin fəallığı ilə keçirilib. Vətəndaşlar ölkəmizin gələcəyinə laqeyd qalmayaraq öz səslərinin həlledici olduğunu və bələdiyyələrin formalaşmasında mühüm rol oynadığını birmənalı şəkildə bütün dünyaya nümayiş etdiriblər.
Seçici fəallığı Nərimanov rayonunda da yüksək idi. Qeyd edək ki, Nərimanov rayonunda 3 Seçki Dairəsi fəaliyyət göstərir. 18 saylı Nərimanov-Nizami Seçki Dairəsi üzrə 16 məntəqədə 20 min 580 seçici, 19 saylı Nərimanov birinci Seçki Dairəsi üzrə 35 məntəqədə 45 min 342 seçici, 20 saylı Nərimanov ikinci Seçki Dairəsində isə 33 məntəqədə 44 min 210 seçici qeydiyyatdadır. Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, Nərimanov rayon bələdiyyəsi 19 üzvdən ibarətdir. Bu səbəbdən də YAP tərəfindən bələdiyyəyə 19 nəfərin namizədliyi irəli sürülüb. Diqqətçəkən odur ki, namizədlər arasında gənclər və qadınlara üstünlük verilib. Belə ki, namizədlərin 11 nəfəri gənc, 6-sı isə qadındır.
T.Tağıyev səsvermənin gedişi ilə bağlı gün ərzində bütün məntəqələrdən məlumat aldıqlarını bildirib. O, qeyd edib ki, qanunvericiliyə uyğun olaraq rayondakı bütün dairə və məntəqələrə nümayəndələr, müşahidəçilər təqdim olunub: “Nümayəndələrimizdən aldığımız məlumatlara görə, səsvermə prosesində qanun pozuntuları aşkar olunmayıb. Proses qanun çərçivəsində başa çatıb. Rayonun ərazisində seçkiləri çoxsaylı müşahidəçilər izləyiblər”.
18 saylı Nərimanov-Nizami Seçki Dairəsinin 4 və 5 saylı seçki məntəqəsində də seçicilərin aktivliyi müşahidə olunub. 4 saylı seçki məntəqəsinin sədri Ərşad Məmmədov bildirib ki, məntəqə üzrə 1420 seçici var: “Məntəqədə 8 kabinə, 2 seçki qutusu və 1 ədəd veb-kamera quraşdırılıb”.
5 saylı seçki məntəqəsinin sədri Nazilə Məmmədova isə deyib ki, günortaya kimi seçkilərin əksəriyyəti məntəqələrə gələrək öz namizədlərinə səs veriblər: “Seçicilərin öz siyasi iradələrini ifadə etməsi üçün bütün imkanlar yaradılıb”.
Seçicilərdən Afət Əsədova hesab edir ki, uğurlu gələcək naminə bu seçkilərə getmək vacibdir. Şəlalə Heydərova da Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verdiyini bildirib.
Səsvermənin gedişini müşahidə edən Sevinc Namazova hər hansı qanun pozuntusuna rast gəlmədiyini bildirib: “Səsvermənin gedişində heç bir qanun pozuntusuna rast gəlməmişəm. Seçicilərin normal səs verməsi üçün tam şərait yaradılıb. Bu fakt onu göstərir ki, Azərbaycanda ildən-ilə seçki təcrübəsi təkmilləşir, müasir seçki texnologiyalarından səmərəli istifadə olunur”.
Digər müşahidəçilər Nərminə Cavadova və Günel Həsənova da səsvermənin təşkilindən razılıq ifadə ediblər. Onların fikrincə, seçkilərin tam qanunauyğun şəkildə keçirilməsi onu göstərir ki, ölkəmizdəki seçkilər, səsvermə prosesi beynəlxalq standartlara cavab verir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30

