“Financial Times” Əli Həsənovun müsahibəsini dərc edib
13.02.2015 [10:09]
Britaniyanın nüfuzlu qəzeti “Financial Times” Ukrayna münaqişəsi və ölkəmizin mövqeyi haqqında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun müsahibəsini dərc edib.
ABŞ-ın Rusiyaya qarşı Ukraynanı silahlandırması barəsində Azərbaycanın mövqeyini bildirən Ə.Həsənov qeyd edib: “Azərbaycan münaqişələrin hərb yolu ilə həllinin tərəfdarı deyil. Müasir dövrdə hərbi yoldan daha üstün vasitələr var. Silahlanmaq milli təhlükəsizliyin və daxili sabitliyin pozulması kimi pis nəticələrə yol aça bilər”.
Azərbaycan xarici siyasətində nə Qərbin, nə də Rusiyanın təsirindədir və dünyadakı bütün ölkələrin ərazi bütövlüyünün dəstəkçisidir.
Ə.Həsənov Azərbaycan hökumətinin Qərb tərəfindən ölkəmizin Dağlıq Qarabağ və 7 ətraf rayonunun ermənilər tərəfindən işğalına ciddi yanaşılmamasından məyus olduğunu ifadə edib. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri vurğulayıb: “Biz Qərbin qərəzli və ikili standartlara uyğun mövqe nümayiş etdirməsinin əleyhinəyik. Bir münaqişədə işğalı separatçı rejim adlandırır, digərində isə bunu etmir”.
Əli Həsənov müsahibəsində Ermənistan ilə Azərbaycan arasında baş verən atəşkəs rejiminin pozulması hallarını qınayıb. Qeyd edilib ki, ABŞ və müttəfiqləri Ermənistanın beynəlxalq qurumlara üzvlükdən çıxarılması üçün tədbirlər görməlidir.
Hökumət rəsmisi ABŞ ilə Azərbaycan arasında dünya mətbuatında əksini tapan gərginlik məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, gərginlik ABŞ hökuməti ilə deyil, bu ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə yaranıb. Azərbaycan ilə ABŞ xüsusilə terrorizmə qarşı mübarizə və enerji sahələrində yaxından əməkdaşlıq edirlər. Təəssüflər olsun ki, Azərbaycanın imicinə xələl gətirmək və ABŞ-Azərbaycan münasibətlərini korlamaq istəyən qüvvələr var. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan Qərb ölkələri ilə strateji tərəfdaşlıqda maraqlıdır.
Ə.Həsənov vurğulayıb ki, Azərbaycan ilə Qərbin müştərək problemləri də var. Təxminən üç yüzə yaxın azərbaycanlı Suriyada islamçı ekstremistlərlə birgə mübarizə aparmaq üçün Azərbaycanı tərk edib və həmin şəxslər ölkəyə qayıdanda təhlükəsizlik təhdidi yaradırlar. Bəzi qüvvələr Azərbaycanı radikal, fundamentalist ölkə kimi görmək istəyir. Bəziləri də Azərbaycanın dünyəvi dövlət strukturunu görməməzliyə vurur.
Şöbə müdiri son vaxtlar dünyada baş verən maliyyə problemləri və bunun ölkəmizə təsirləri bərədə də məlumat verib. Qeyd edilib ki, Azərbaycan hökuməti neftin qiymətinin kəskin azalmasının ölkə iqtisadiyyatına mənfi təsirlərinin qarşısını almağa qadirdir. Belə ki, bank depozitləri, əmlak satışı və avtomobil kimi lüks əşyaların idxalına yeni vergilərin tətbiqi büdcəyə mənfi təsirləri aradan qaldıracaq. Özəl və qeyri-neft sektoruna isə yeni vergilər tətbiq edilməyəcək. Bu sahələrin inkişafı ölkə iqtisadiyyatının gələcəyi üçün vacibdir. Manatın devalvasiyasına da aydınlıq gətirən Ə.Həsənov valyutamızın dollar qarşısında zəifləyən avroya uyğunlaşdırılaraq dəyərdə saxlanılmasının planlaşdırıldığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09

