/ / Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
17.02.2015 [12:40]
Əli Əhmədov: Seçkilərə yüksək səviyyədə hazırlıq partiyanın qələbəsini şərtləndirən əsas amillərdən biridir
Fevralın 14-də Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə YAP Gənclər Birliyinin konfransına və qarşıdan gələn parlament seçkilərinə hazırlıq məsələləri müzakirə olunub. Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov hər iki məsələnin partiya üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Parlament seçkilərinin noyabr ayında keçiriləcəyini deyən Əli Əhmədov buna baxmayaraq, seçkilərə xeyli əvvəldən hazırlıq prosesinin başlanmasının YAP üçün ənənə halını aldığını vurğulayıb. YAP Sədrinin müavini deyib ki, seçkilərə yüksək səviyyədə hazırlıq partiyanın qələbəsini şərtləndirən əsas amillərdən biridir.
Ötən ilin dekabr ayında keçirilmiş bələdiyyə seçkilərinin nəticələri haqqında fikirlərini bildirən Əli Əhmədovun sözlərinə görə, partiyamız digər bələdiyyə seçkiləri ilə müqayisədə ən yüksək nəticəni bu dəfə əldə edib: “Yeni Azərbaycan Partiyası hər bir seçkiyə ciddi şəkildə hazırlaşır və bunun nəticəsində də böyük uğurlara imza atır. Ötən ilin dekabr ayında keçirilən bələdiyyə seçkiləri bu reallığı bir daha təsdiqləyir”.
Əli Əhmədov bildirib ki, son bələdiyyə seçkilərində YAP yüksək nəticə əldə edib, yerli özünüidarəetmə orqanlarında ən çox yerə sahib ola bilib. Onun sözlərinə görə, partiyamız digər bələdiyyə seçkiləri ilə müqayisədə ən yüksək nəticəni bu dəfə qazanıb. Bu yüksək nəticənin qazanılmasının başlıca səbəbi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin Azərbaycan xalqı tərəfindən dəstəklənməsidir.
“Seçkilərdə 15035 bələdiyyə üzvlüyünə seçilənlərdən 10315 nəfəri YAP-ın üzvləridir. Bu da bütövlükdə bələdiyyə üzvlərinin 68 faizi deməkdir. Bu, indiyə qədər keçirilmiş bələdiyyə seçkilərində ən yüksək nəticədir. Təbii ki, bu möhtəşəm qələbənin başlıca səbəbi, Azərbaycan xalqının Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə böyük inamı ilə əlaqədardır. Azərbaycan vətəndaşları, o cümlədən seçicilər Prezident İlham Əliyevə inanır və dövlət başçısının həyata keçirdiyi siyasəti dəstəkləyirlər. Eyni zamanda, regionların inkişafı ilə bağlı reallaşdırılan siyasət vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Məhz bu amillər bələdiyyə seçkilərində seçicilərin rəyinin, qənaətinin formalaşmasına bilavasitə təsir edib. Həqiqətən, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində son illər ölkəmizdə böyük dəyişikliklər baş verir və bu proses bu gün də davam etməkdədir. Xüsusilə regionların inkişafı ilə bağlı əldə olunan nailiyyətlər bizim gözümüzün qarşısında baş verən dəyişikliklərdir. Bu, böyük əhəmiyyət kəsb edir. Çünki regionların siması dəyişir, bölgələrdə tamamilə yeni, daha əlverişli sahibkarlıq mühiti yaranıb, insanların həyat şəraitində böyük dəyişikliklər baş verib və bütün bunların hamısı, ölkədə həyata keçirilən siyasət insanların baxışlarını müsbət mənada dəyişdirib, dövlətin siyasətinə inam daha da güclənib. Bu siyasətə olan inam, ölkə Prezidentinə olan etimad bələdiyyə seçkilərində insanlarımızın Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərə səs verməsində həlledici rol oynayıb”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
YAP-ın namizədləri arasında gənclərin və qadınların da üstünlük təşkil etdiyini xatırladan Əli Əhmədov bu seçkilərin nəticəsində gənclərin və qadınların bələdiyyələrdə təmsilçiliyinin yüksək olduğunu diqqətə çatdırıb. Əli Əhmədov bələdiyyə seçkiləri kampaniyasında YAP-ın rayon və şəhər təşkilatlarının fəallığını da xüsusi qeyd edib. “Seçki kampaniyasında partiyamızın fəallarının fədakarlığı da qələbəmizin başlıca səbəblərindən biridir. Həqiqətən, onlar seçkilərin yüksək səviyyədə keçirilməsi üçün öz töhfələrini verdilər. Bütün bunların nəticəsi olaraq əldə olunan nailiyyət bizi sevindirir”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Müşavirədə YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da iştirak edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46

