/ / Uilyam Lui-Mari: AzərTAc birinci Avropa Oyunlarının informasiya təminatında mühüm rol oynaya bilər
Uilyam Lui-Mari: AzərTAc birinci Avropa Oyunlarının informasiya təminatında mühüm rol oynaya bilər
19.02.2015 [12:38]
AzərTAc və “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsi qarşılıqlı əməkdaşlığı genişləndirmək niyyətindədir.
Bu məsələ fevralın 18-də Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) Baş direktoru Aslan Aslanovun “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin direktoru xanım Ceyn Pirs və kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Mari ilə görüşündə müzakirə olunub.
Görüşdə Baş direktor Aslan Aslanov AzərTAc-ın keçdiyi inkişaf yolu, dövlət siyasətinin informasiya təminatında rolu, agentliyin son illərdə əldə etdiyi uğurlar, beynəlxalq əlaqələri, xüsusən dünyanın nüfuzlu xəbər agentlikləri alyanslarının rəhbər heyətində təmsil olunması haqqında qonaqlara ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, 95 illik yubileyini qeyd etməyə hazırlaşan AzərTAc 2016-2019-cu illərdə media sahəsində iki nüfuzlu quruma - Dünya Xəbər Agentlikləri Konqresinə, eləcə də Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) sədrlik edəcək.
Qeyd olunub ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində regionun lider dövləti olan Azərbaycan dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarına sədrlik edib, mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkələr və xalqlar arasında münasibətlərin qurulmasında və inkişafında mədəniyyət, idman və digər tədbirlərin əhəmiyyətini vurğulayan Baş direktor son illər Azərbaycanın mühüm beynəlxalq tədbirlərin, o cümlədən mötəbər idman yarışlarının təşkilatçısı olduğunu qeyd edib. Bu tədbirlərin yüksək səviyyədə işıqlandırılmasında AzərTAc-ın daim fəal iştirak etdiyi vurğulanıb.
Görüşdə birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsi böyük tarixi hadisə kimi dəyərləndirilib, bu mühüm idman tədbirinin təşkilinin Azərbaycana həvalə edilməsinin ölkəmizdə idman sahəsində qazanılan nailiyyətlərə verilən yüksək qiymət olduğu diqqətə çatdırılıb.
Azərbaycanın yeganə rəsmi informasiya qurumu - AzərTAc ilə əməkdaşlıqdan məmnunluğunu dilə gətirən Uilyam Lui-Mari agentliyin 7 dildə xəbər yayımlamasının mötəbər idman tədbirləri, xüsusən birinci Avropa Oyunları ilə bağlı informasiyaların bütün dünyaya çatdırılmasında mühüm rol oynayacağını bildirib.
Ceyn Pirs bir çox Olimpiya Oyunlarına hazırlıq işlərində qazandığı böyük təcrübəyə əsaslanaraq, yarışların işıqlandırılmasında AzərTAc-ın yaxından iştirakının vacibliyini qeyd edib.
Söhbət zamanı AzərTAc ilə “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsi arasında əməkdaşlığın genişləndirilməsi, birgə fəaliyyət barədə müvafiq sənədin imzalanması, hazırlıq prosesində bir sıra tədbirlərin keçirilməsi, yarışların geniş işıqlandırılmasında iştirak və digər məsələlər müzakirə olunub.
AzərTAc-ın Baş direktoru qonaqları agentliyin 95 illik yubiley tədbirlərində iştiraka dəvət edib.
Xəbər lenti
Hamısına baxDünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09

