/ / YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının təşəbbüsü ilə Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş tədbir keçirilib
YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının təşəbbüsü ilə Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş tədbir keçirilib
26.02.2015 [00:09]
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Qadınlar Şurasının təşəbbüsü ilə rayondakı A.Vəliyev adına 258 saylı tam orta məktəbdə Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbiri açan məktəbin direktoru Sədaqət Hüseynova Xocalı soyqrımının insanlığa qarşı cinayət olduğunu bildirib. O qeyd edib ki, 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan hökuməti və parlamenti ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində ardıcıl fəaliyyət göstərib. Məhz Ulu öndərimizin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi Xocalı faciəsini soyqırımı kimi qiymətləndirib və beynəlxalq ictimaiyyətə, dünya dövlətlərinə müraciət qəbul edib. Ümummilli liderimizin bu istiqamətdəki siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova bildirib ki, Xocalı soyqırımı aqressiv, cinayətkar və terrorçuluğu dövlət səviyyəsinə qaldırmış Ermənistanın rəsmi siyasətinin nəticəsidir. Onun sözlərinə görə, XX əsrin sonunda baş vermiş bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir: “Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı soyqırımı, eyni zamanda, bəşər tarixinin ən genişmiqyaslı və xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir. 23 il əvvəl 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xankəndidə yerləşdirilən ruslara məxsus 366-cı alayın köməyi ilə Xocalı şəhərinin dinc mülki əhalisinə divan tutaraq şəhəri yerlə-yeksan ediblər. Xocalı soyqırımı zamanı 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, 1275 nəfər sakin əsir götürülüb. Təəssüf hissi ilə qeyd edilməlidir ki, onlardan 700 nəfəri hələ də erməni əsirliyindədir”.
M.İbrahimova vurğulayıb ki, dinc əhaliyə qarşı bu cür qeyri-insani əməllər özlərini dünya ictimaiyyətinə “mədəni” və “məzlum” xalq kimi tanıtmağa çalışan ermənilərin və erməni millətçiliyinin əsl mahiyyətini nümayiş etdirib.
YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Məhbubə Məmmədova isə bildirib ki, Xocalı qətliamını törədən şəxslərin bir çoxu bu gün Ermənistana rəhbərlik edən şəxslərdir. Onun fikrincə, bu fakt erməni dövlətinin cinayətkarlar tərəfindən idarə olunduğunu göstərir.
Çıxışlarda qeyd olunub ki, hazırda Azərbaycan dövləti Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində böyük işlər görür. Bu prosesdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə təqdirəlayiqdir.
Tədbirdə daha sonra Nərimanov rayonu 258 saylı orta məktəbin şagirdləri tərəfindən Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

