/ / Politoloq: Ermənilər işğal olunmuş ərazilərdə kütləvi məzarlıqların üzə çıxacağından narahatdırlar
Politoloq: Ermənilər işğal olunmuş ərazilərdə kütləvi məzarlıqların üzə çıxacağından narahatdırlar
26.02.2015 [00:10]
“Əldə etdiyimiz səhih məlumatlara əsasən, ermənilər DNT analizlərinin toplanması prosesində işğal olunmuş ərazilərdə kütləvi məzarlıqların üzə çıxacağından narahat olaraq əsir-girov və itkin düşmüş şəxslərlə bağlı əməkdaşlıqdan və bu sahədə informasiya mübadiləsindən yayınırlar”.
Bunu APA-ya Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu Fransa prezidenti Fransua Olandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan dövlət başçıları arasında Parisdə keçirilmiş görüşdə əldə olunmuş razılaşmanın Ermənistan tərəfindən pozmaq cəhdlərini şərh edərkən bildirib.
M.Əhmədoğlu deyib ki, artıq media ötən ilin oktyabrında Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların məsələsinin müzakirə olunması barədə məlumat verib: “Həmin görüşdə razılığa gəlinib ki, hər iki ölkənin aidiyyəti orqanları arasında əsir-girov və itkin düşmüş şəxslərlə bağlı məsələlərin həlli üçün birbaşa əməkdaşlıq qurulsun və informasiya mübadiləsi aparılsın. Bu prosesin Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəliyi altında həyata keçirilməsi də razılaşdırılmışdı. Bundan sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə görüş keçirilib və hər iki ölkənin müvafiq komissiyaları arasında əməkdaşlığın qurulması məsələsi müzakirə olunub. Əldə olunmuş razılaşmaya əsasən, Dövlət komissiyasının sədri işçi qrupuna lazımi göstərişlərini verib”.
M.Əhmədoğlunun sözlərinə görə, hazırda Ermənistan tərəfi növbəti dəfə razılaşmanın pozulmasına yönəlmiş fəaliyyətsizlik nümayiş etdirir: “İlkin qənaət ondan ibarət idi ki, Ermənistanın müvafiq dövlət komissiyası işğal altında olan ərazilərdə çox səthi araşdırma apardığına görə, hətta öz itkilərinin sayını belə dəqiq müəyyən etməyib. Lakin dəqiq mənbələrdən əldə etdiyimiz məlumata əsasən deyə bilərik ki, ermənilərin bu prosesi əngəlləmək üçün çox ciddi əsasları var. Müəyyən olunub ki, işğal olunmuş ərazilərdə azərbaycanlıların qətlə yetirilərək basdırıldığı kütləvi məzarlıqlar mövcuddur və DNT analizlərinin toplanması prosesində həmin məzarlıqlar aşkarlanacaq. Ermənilər bunun qarşısını almaq üçün işğal olunmuş ərazilərdə əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı hər hansı araşdırma aparılmasında maraqlı deyillər”.
M.Əhmədoğlu bildirib ki, bu faktın üzə çıxması və öz təsdiqini tapması Ermənistan üçün çox böyük zərbə olar və beynəlxalq aləmdə ermənilərin nüfuzuna çox ciddi xələlə gətirə bilər. Buna görə də Ermənistanın aidiyyəti komissiyası əməkdaşlıqdan yayınır.
Xəbər lenti
Hamısına baxSiyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16

